Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu

 

Biznes-forum çərçivəsində Azərbaycanın sosial-iqtisadi göstəricilərini əks etdirən nəşrlər nümayiş olunur

İstanbulda Azərbaycannın İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu işə başlayıb. Biznes-forum çərçivəsində Azərbaycanın sosial-iqtisadi göstəricilərini əks etdirən nəşrlər nümayiş olunur.

Qeyd edək ki, 5-ci dəfədir Türkiyə, Azərbaycan və Gürcüstan arasında təşkil edilən üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilir. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilir, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunur. Bununla yanaşı, üç ölkə arasında biznes mühiti bağlı mövcud olan problemlərin həlli yollarına da üstünlük veriləcəkdir. Belə ki, bir sıra neqativ hallara, bəzi qanunların yenidən ilşlənib hazırlanması və digər sorunlara görə, region dövlətləri arasında pərdəarxası olsa da, bir sıra çətinliklər mövcuddur.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

 

11:44