Türk Silahlı Qüvvələri Quzey İraqda 16 PKK düşərgəsini bombaladı

 

Türk Silahlı Qüvvələri İraqın Quzeyində gerçəkləşdirdiyi hava hücumu ilə bölücü terror təşkilatı PKK-ya aid 16 düşərgəni tamamilə dağıtdı
 

Türk Hava Qüvvələri aldığı kəşfiyyat məlumatının ardından həmən PKK terrorçularına aid Quzey İraqın Metina, Zap, Avaşin, Baysan, Kandil, Hakurk bölgələrində yerləşən terrorçulara aid düşərgələri bombalamışdır.

Türk Silahlı Qüvvələrinin yaydığı bilgidə deyilir ki, Quzey İraqın Metina, Zap, Avaşin, Baysan, Şam, Hakurk bölgəsində və Hakkaridən alınan anlıq kəşfiyyat bilgilərinin  qiymətləndirilməsi sonucunda Türk Hava Qüvvələrinə aid döyüş təyyarələri ilə hava hərəkatı təşkil edildi və bölücü terror təşkilatı mənsublarına aid 16 ədəd hədəf məhv edildi.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

05:59