Türk əsgəri çirkin siyasətləri pozacaq: İraqdakı terrorçulara qarşı “Dəclə qalxanı” gəlir

 

Quzey İraqda PKK-nın ikinci Qəndilə çevirməyə çalışdığı Səncarda əməliyyat başlanacaq. “Fərat qalxanı”nda ilkin mərhələnin bitməsindən sonra türk əsgəri “Dəclə qalxanı” üçün uzun müddət toplantılar aparılan Silopidə əməliyyat üçün hazır vəziyyətdədir.

“Dəclə qalxanı” gəlir

Mosulun qərbində PKK terror təşkilatının ikinci Qəndilə çevirməyə çalışdığı Səncar regionuna əməliyyat hər an başlana bilər. ABŞ-ın Suriyanın şimalı üçün hazırladığı “terror dəhlizi” layihəsinə “Fərat qalxanı” ilə böyük zərbə endirən Mehmetcik (türk əsgərinin ümumiləşdirilmiş adı) dəhlizin şərq tərəfindəki ən strateji nöqtəni terrorçulardan təmizləməyə hazırlaşır. Çox yaxında başlanması gözlənilən “Dəclə qalxanı” hərəkatı Mosulun yaxınlığındakı Başikada təlim keçən qüvvələrlə birlikdə Mehmetciyin yeni bir dastanına səhnə olacaq. Eynilə Suriyanın bir çox regionunda olduğu kimi, “İŞİD işğalı”nı bəhanə edən PKK 2014-cü ilin avqustunda yezidilərin yurdu Səncara yerləşib və buradan bir daha çıxmayıb. Ankara oranın terrorçulardan təmizlənməsi ilə bağlı Bağdada və Ərbilə dəfələrlə xəbərdarlıq etsə də, indiyə qədər bir nəticə əldə edilməyib. İraq Kürd Regional İdarəsinin rəhbəri Məsud Bərzaninin PKK-ya xitabən “Səncarı tərk et” çağırışları da havada qalıb. Peşmərgə qüvvələri indiyə qədər terrorçulara qarşı hərəkətə keçməyib.

 

İkinci böyük zərbə

PKK məsələsi ilə bağlı Bağdad və Ərbilə daim xəbərdarlıq edən və addım atılmasını gözləyən Ankara Səncar istiqamətində addım atılmayınca özü hərəkətə keçmək qərarını verib. Terror dəhlizinə qarşı ikinci böyük zərbəni endirəcək “Dəclə qalxanı” əməliyyatının 16 apreldəki referendumdan sonra başladılması gözlənilir. Aprelin axırı, ya da may ayının əvvəlində həyata keçirilməsi gözlənilən əməliyyatın ilkin hədəflərinin Zaho, Duhok və ətrafındakı PKK düşərgələrinin olacağı bildirilir. Səncarda isə terror təşkilatının Türkiyə üçün birinci dərəcəli təhdidə çevrilən 9 düşərgəsi var. Təmizlik üçün biri Silopi, digərləri Başika və Navaranda olan 3 əsas nəzarət məntəqəsi olacaq. Türkiyə Silahlı Qüvvələri İraq sərhədindəki Silopiyə uzun müddət ərzində hərbi qüvvə toplayırdı. Minlərlə hərbi texnika və silahın Suriyadakı terrorçulardan sonrakı hədəfi Səncar olacaq.

İkinci Qəndilə icazə verilməyəcək

Səncarın terrorçulardan təmizlənməsi ilə birlikdə Qəndilin Suriya ilə əlaqəsi kəsiləcək, terrorçuların “qidalandırıcı” magistral xətti bağlanacaq. Suriyaya tranzit marşrutundakı bölgənin Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olması İranın dəstəklədiyi qrupların qərbə keçidini də çətinləşdirəcək. Əməliyyatda istifadə ediləcək marşrutlar üzərində işlər başa çatıb. Mehmetcik sərhədin 100 km uzaqlığındakı Səncara enərək, terrorçuların burada yuva qurmasına imkan verməyəcək. Prezident Ərdoğan da tez-tez sərhəddən kənarda yeni əməliyyat keçiriləcəyinə işarə vuraraq deyib: “Yeni əməliyyatlara yeni adlar verəcəyik. Dİgər bölgələrdə də terror təşkilatlarını zərərsizləşdirmək üçün hazırlıq aparırırq. Terror təşkilatlarına baharda çox gözəl sürprizlərimiz var. Qarşıdakı aylar türk millətinin baharı, terrorçuların isə qara qışı olacaqdır”.

Hurriyyet.org

 

 

06:35