Türk qatili Simitkonun nəvəsi Güney Azərbyacanda seçki qərargahına yetkili təyin edildi

 

1918-ci ildə Güney Azərbaycanın qərb bögəsində törədilən “Ciloluq” qətliamının təşkilatçısı, kürt İsmal Simitkonun nəvəsi Arman Simitko İran cumhurbaşqanlığına namizəd İbrahim Rəisinin Güney Azərbaycanın Urmu vilayəti üzrə seçki məntəqəsinin səlahiyyətli təmsilçisi təyin edilib.

İran mollakratiya rejiminin “Edam ayətullahı” kimi tanınan cumhur başkanlığına namizəd İbrahim Rəisinin Güney Azərbaycanın Urmu vilayəti üzrə seçki qərargahının rəisi Nəsrullah Əsadullahi Arman Simitkonu Urmu vilayətinin mərkəz və şimal bölgəsində yaşayan əhali ilə əlaqələndirmə üzrə yetkili təyin edib.

Qeyd edək ki, 192-ci ildə Sovet Rusiyası və İngiltərənin dəstəyi ilə sonuncu Türk dövlət başçısı Əhməd Şah Qacar hakimiyyətdən devrildikdən və iqtidara qatı fars şovinisti və “paniranizm” ideologiyasını dövlət siyasətinə çevirən Rza Pəhləvi və sonradan onun oğlu Məhəmmədrza Pəhləvi düz 53 il Urmu vilayətində süni şəkildə “kürdləşdirmə” adlı dərin siyasətlər aparmışlar. 1978-ci il 23 Bəhmən İnqilabının sonucu kimi iqtidara gələn mollakratiya rejimi də Urmu vilayətində “kürdləşdirmə” siyasətini davam etdirmişlər. 1925-ci ildən bu günə kimi 1918-ci ildə kürd silahlı terror güclərinin komandanı olmuş İsmayıl Simtko Rusiya, İngiltərə və Fransanın maliyyə və hərbi dəstəyi ilə toplam 250 min Azərbaycan Türkünün soyqırım olunması siyasətini yürütməsi faktını ortaya qoymaq qanunla yasaq edilmişdir. Hətta bu barədə söz danışmaq qanunla cinayət sorumluluğu daşımışdır. Bu gün babası kimi terrorçu siyasətini dəstəkləyən Arman Simitko PKK və PEJAK terror qruplaşmalarına yaxınlığı ilə tanınır. Türk kimliyi varlığına qarşı olan Arman Simitkonun belə bir vəzifəyə gətirilməsi Güney Azərbaycanda  soydaşlarımız narahatlığına səbəb olub.

 

Xudaferin.eu
Güney Azərbaycan “Urmu Bürosu”

 

09:56