Türk Ordusu PYD-ni vurmağa başladı

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/PYD hədəflərini atəşə tutmağa başlayıb. Bu yöndə ən çox əməliyyatlar isə, Hələbin quzeyindəki Tel Rıfat bölgəsində və Ayn Dekne kəndində terrorçuların mövqelərini Fırtına topları və tanklarla hədəf alınıb. Terrorçuların əraziyə əlavə qüvvələr cəlb etdiyi vurğulanıb. Qeyd edək ki, Tel Rıfat bölgəsinin PYD üçün strateji önəm daşıyır. Hələb çevrəsində isə, İranın dəstək verdiyi “Hezbollah”çı terror birləşmələri yerləşiblər.

Türkiyənin belə bir addım atması Suriya ilə sınırları boyunca terror birləşmələrinin son günlər daha da fəallaşmasıdır. Bununla yanaşı, əldə etdiyimiz bilgilərə görə, kürdlərə məxsus terrorçu birlikləri bu dəfə İran mollakratiya rejimi silahlandırmaqda və hətta onlara Tehran rejiminin nəzarətində olan bölgələrdə xüsusi təlim düşərgələri də yaradıb. Öncələr PEJAK adı altında silahlandırılan kürd terror təşkilatları bu dəfə PPK/PYD adı altında dəstəklənməkdədir. İran mollakratiya rejiminin əsas hədəfi isə, Suriya ilə bağlı Türkiyənin irəli sürdüyü doktrinadır. Adını islam ölkəsi qoyan İran, indiyə kimi vətəndaş savaşı yaşanılan İraq, Suriya və digər ölkələrdən “savaş qaçqınları”na humanitar yardım tiöli aksiyaları həyata keçirməyib. Türkiyə təkcə Suriyadan 3 milyon savaş qaçqınına sığınacaq verib. 

11:11