Türk hərbçiləri İraqın şimalında 27 terrorçunu məhv edib

Fevralın 22-də Türkiyənin HHQ-nin Suriyanın şimalında endirdikləri aviazərbələr nəticəsində Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (KFP) 27 üzvü məhv edilib.  

Xudaferin.eu-nun RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

“İraqın şimalında Kandil dağı ərazisində fevralın 22-də havadan hücum əməliyyatı nəticəsində KFP separat terror təşkilatının 27 üzvü məhv edilib”, - Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.  

Məlumata görə, Türkiyə HHQ zərbələri kəşfiyyat məlumatlarının operativ təhlili nəticəsində həyata keçirilib. Kürd qiyamçılarının üç sığınacağı məhv edilib. 

Xudaferin.eu
 

17:22