Türk dilinin hüquqlarına görə milli fəalların məhkəməyə çağırılması davam edir

 

Bu dəfə İbrahim Nuri və Şapur Nüsrətpur İnqilab Məhkəməsinə çağırılıblar

 

Güney Azərbaycanda və İran mollakratiya rejimi Tehranda Dünya Ana Dili Günü tədbirlərinə qatıldıqları zaman nəzarət altına alınıb və daha sonra zəmanət qarşılığında sərbəst buraxılan türk dil haqları müdafiəçilərini təkrar məhkəmələrə çağırmağa davam edir. Ötən həftələr içində Güney Azərbaycan Milli Hərəkatı fəallarının ən çox çağırıldığı məkan isə Əhər şəhərindəki “İslam İnqlibabı Keşikçilər Ordusu”nun “İnqilab Məhkəməsi” olmuşdur.

İbrahim Nuri və Şapur Nüsrətpur aprelin 12-də İnqilab Məhkəməsinin Əhər şöbəsinə müraciət etməlidirlər. Məhkəmə tərəfindən göndərilən sənədlərdə bildirilir ki,İbrahim Nuri “təhlükəsizliyi pozmaq məqsədi ilə rejimə muxalif qruplaşmaları təsis və idarə etmək” ittihamı, Şapur Nüsrətpur isə bu növ qruplaşmalara üzv olmaq ittihamı ilə mühakimə ediləcəklər.
Qeyd edək ki, bu iki nəfər milli fəal 2014-cü ilin fevral ayında “Dünya Ana Dili Günü” münasibəti ilə Əhər şəhərində keçirilən bir mərasimə qatıldıqları zaman nəzarət altına alınan fəalların arasında olublar. Mollakratiya rejimi indiyə kimi Güney Azərbaycan Milli Hərəkatının fəallarını uydurma və qondarma ittihamlarla indiyə kimi onları təhdid və təqib etməkdədir. Aradan uzun zaman keçsə də, hələ də onlar məhkəmə qapılarının qapılarını döyməyə məcbur edilirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

06:45