Turan Etibaroğlu: Direktordan bəxti gətirməyən 135-illik Teatr

 

Müxtəlif tarixi mənbələrdə 1880-ci ildə yaradılan və bəzi qaynaqlarda isə 1882-ci ildə İrəvanda yaranan Azərbaycan Teatrı indi ki Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı demək olar ki, uzun zəhmətkeş zülümlü yollar keçib. Bir vaxtlar səhnəsində Hüseyn Ərəblinski kimi ölməz sənətkarın "Bəxtsiz cavan" (Əbdürəhim Bəy Haqverdiyev), "Nadir şah" (Nəriman Nərimanov) tamaşaları ilə İrəvan teatrında çıxış etmiş, 1912-ci ildə isə Zülfüqar Hacıbəylinin rəhbərliyi ilə İrəvan teatrında "Evli ikən subay", "Xor-xor", "O olmasın, bu olsun", "Əlli yaşında cavan", "Kərbəlayi Şükür xalça satan”əsərlərinin tamaşaları ilə teatrın intibahına səbəb olmuşdular. Az sonra "Hacı Qara", "Arşın mal alan", "Məşədi İbad" kimi məşhur tamaşalar teatrın daimi repertuarında öz yerini tutmuşdur.Başı bu bəlalı teatr 1918-ci ildə erməni daşnakların hücumlarına məruz qalmış, öz dədə-baba yurdundan didərgin düşmüş kollektiv Güney Azərbaycanın Xoy şəhərində məskunlaşmağa məcbur oldular.Lakin sovet hökuməti qurulduqdan sonra 1922-ci ildə, didərgin düşmüş bütün insanlar kimi, onlar da geriyə döndülər. Teatrın yenidən dirçəlməsi, inkişaf etməsi üçün yerli ziyalılardan — Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Əşrəf Yusifzadə, Yusif Ziya kimi sənətkarlara müricət olundu. Beləliklə də yenidən yaranan teatr çox uğurlu tamaşalara nail olur. 1935-ci ildə teatra görkəmli dramaturq Cəfər Cabbarlının adı verilir. Dramaturqun "Aydın" pyesi həmin dövrdə teatrın səhnəsində uğurla oynanılır və o dövrdə böyük əks-səda doğurur. Bu uğurların nəticəsində teatr bütün Qazfqazda aparıcı teatrlardan birinə çevrildi. Sovet dövründə uğurlu illər yaşamış qədim teatr  1948-ci ildə yenidən baölanmalı oldu. Bunun əsl səbəbi isə, keçmiş Sovetlər Birliyinin dövlət başçısı İosif Stalinin II Dünya Savaşı sonucu olaraq eyforiyaya qapılması və bununla ilgili olaraq, onun çevrəsində öz mövqelərini gücləndirən erməni siyasətçilərinin apardıqları dəin siyasi mövqeləri idi. Daha sonra bu qocaman teatr Göyçə mahalında adi bir dram dərnəyi kimi fəaliyyət göstərmək zorunda qaldı. 1960-cı illərdin ortalarında teatr yenidən sarsıdılmış mövqelərini bərpa edə bildi. 1988-ci ilə kimi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı fəaliyyətlərini davam etdirdi. 1988-ci ildə Azərbaycanın Neftçala rayonda qastrol tamaşaları göstərirdi. Səfərin yekun günü xəbər gəldi ki, İrəvan ərazisindəki bütün azərbaycanlılar öz yurd-yuvalarından qovulublar. Teatrın yeri-yurdu erməni tapdağında, silahlı quldurların əlində qalmışdı. Teatr deportasiya olunduqdan sonra — Bakıda Akademik Milli Dram Teatrının nəzdində mərhum müqtədir sənətkarımız Həsənağa Turabovun böyük səyləri nəticəsində teatr–studiya kimi fəaliyyətini davam etdirməyə başladı və daha sonar Abşeron mədəniyyət sarayında yerləşdirildi. Lakin 1994-ci ildə mərhum prezident Heydər Əliyevin qayğı və diqqəti ilə "117 illik tarixi olan teatrı qorumaq lazımdır" deyib teatra yenidən Dövlət statusu verilmişdir və əməkdar artist Vidadi Əliyevin rəhbərliyi ilə uğurlu fəaliyyəti ilə davam etmişdir.
Bu teatrın şanlı tarixi məqamlarını sadalamağımızda əsas məqsədimiz bu teatrın indiki acınacaqlı vəziyyətini daha da qabarıq göstərmək üçündür. Böyük tarixi olan bir teatr bu gün öz süquta uğramaqdadır. Buna səbəb isə 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktoru vəzifəsinə təyin olunmuş İftixar Piriyevin yarıtmaz siyəstidir. Onun bu qocaman məfəniyyət ocağına gəldiyi həmin ildən də teatrın acınacaqlı günləri başladı, Əldə etdiyimiz bilgilərə əasən 2000-ci ildən bu tərəfə onlarla istedadlı aktyorlar bu teatrı tərk edib başqa mədəniyyət ocaqlarında sənətə töhfə verməyə davam etmişlər.

Keçək əsas məsləyə. Mus-mus deyənə kimi bir dəfəlik Mustafa deyək. Biz İrəvan teatrını çox sevirik. Onun istedadlı gənc aktyorları ilə dostluq edirik. Nəinki gənc, hətta yaşlı nəsil aktyorları ilə həmsöhbət oluruq. Çox sağ olsun dostlarımız. Həmişə bizi bu qocaman teatrın  tamaşalarına dəvət edirlər. Biz də hər zaman onların tamaşalarını izləyirik. Amma nədənsə hər dəfə sonda bəzi hallarda çox məyus oluruq. Hətta bu teatyrın səhnəsində can qoyan aktyor dostlarımıza da məyusluğumuzu bildiririk. Amma tək pisi olan məqamları deməyək. O da doğrudur ki, bu teatrda bizi sevindirən bir sıra tamaşalar da olub. Məsələn "Molla Nəsrəddin evlənir?..." və sonuncu tamaşa kimi  "Min möhtəşəm günəş". Amma 5 ildən bir uğurlu tamaşa oynayıb sonra da o tamaşaları tez-bazar yığışdırıb aktyorların zəhmətini yerə vurub arxivə atmaq bizi çox təəccübləndirir. Eyni zamanda həm də çox əsəbləşdirir. Təkcə iş bununla bitmir. Teatr direktorunun rejissorluqdan xəbəri olmadan öz bədii səviyəsi aşağı olan “şeirlərini” cah-cəlala hazırlayıb və bu mənasız boş söz yığınını aktyorlara məcburən dedirdir və bundan yorulan, faktiki olaraq usanan istedadlı dostlarımız da ara-sıra bu mövzuda gileylənir. Biz də məcburən onlara təskinlik verirərək onların ruhən bir qədər sarsıtnılarını azaltmağa çalışırıq. Amma nə vaxta qədər gedəcək bu təskinlik? Bax onu bir Allah bilir bir də…  Nəysə...

Düzdür dəfələrlə lap belə zarafatca olsa da dostlarımıza deyirik ki, “Gedin başqa teatrlarda fəaliyyətinizi davam etdirin”. Onların hər zaman ürəkyanğısı ilə İrəvan teatrının təəssübünü çəkmiş və "niyə axı hamı bu teatrı qoyub qaçmalıdır bu teatrın da yaşamaq hüququ var, ən nəhayət, 137 illik şanlı tarixi var" demişlər. Biz də onları anlamış və həmişə bu teatrı,  oradakı istedadlı insanları sevmişik.

Amma baxırıq ki, gənclər özləri də bilirlər ki, director İftixar Piriyevlə işləmək olmur. Teatrda Nicat adlı istedadlı gənc rejissor var. Vaqif İbrahimoğlunun sonuncu kursunda ondan dərs alan Nicatın İftixar Piriyevin əlindən hələ ki, öz istədiklərini və bildiklərini reallışdıra bilmir. Bunu biz öz gözlərimizlə, eləcə də dostlarımızdan aldığımız məlumatlara əsasən belə deyirik. Nicatla isə heç bir əlaqəmiz yoxdur. Aldığımız məlumatlarda direktor kimi İftixar Piriyevin öz  vəzifəsindən sui-istifadə edib rejissorun işinə müdaxilə etməsi demək olar ki, heç əməlli başlı aktyorluğu olmadığı halda rejissorluq edib tamaşaların keyfiyyətini aşağı salmaqla teatraın tamaşalarına ziyan vurur. Bunlardan biri elə yazıçı Hidayət Orucovun “İrəvanda xal qalmadı” tarixi dramında direktorun rejissorun işinə müdaxiləsindən danışaq. Sözün əsl mənasında fəlakət bir tamaşa alınmışdı. Əsər ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Əsərdə mövzu maraqlı olsa da başdan-başa boş söz yığını ilə əhatə olunurdu. Tamaşada repressiya mövzusu, gah da lirik ricətlərlə dolu olan sevgi mövzusu adamın başını qarışıdırırdı. Baş rol ifaçısının əməkdar mədəniyyət işçisi İftixar Piriyevin (sonradan özü bu əsərə və tamaşaya müdaxilə edib) aşağı səslə monoloq deməyi və belini büküb gəzməklə yaratmaq istədiyi obraz tamaşanın tempini yüz faiz aşağı saldı. Bəzən onun nə dediyini belə anlaya bilmirdik. Bəzən yüksək tonla danışdığı zaman dərhal səs tonunu aşağa endirirdi və buna görə də dediyini heç kəs başa düşmürdü. Nəzərə alsaq ki, bir vaxtlar Akademik Milli Dram Teatrında bir aktyor kimi çalışan İftixar Piriyev uzun müddətdən sonra yenidən tamaşada rol oynasa da, özünü səhnədə tapa bilmədi və nəticədə tamaşada tarixçi obrazında özünü göstərməklə yaddaşlarda qaldı. İftixar Piriyevin gənc rejissorun işinə müdaxiləsi nəticəsində Hidayət Orucovun hörmətinə tamaşaya gəlmiş ziyalılar, professorlar, ümumiyyətlə tamaşaçılar yarımcıq durub getdilər. Çünki onların bu tamaşanı seyr etməyə nə taqədləri qalmışdı,  nə də özlərini bu zülmə məcbur etmədilər. İlk dəfə teatra gələn şəxs bəlkə də teatra nifrət etdi. İftixar Piriyevin tarixçi obrazı baş rol ifaçılarının da oyununa xələl gətirmişdi.

Onu da deyək ki, ünlü rejissorumuz, əməkdar incəsənt xadimi, prezident mükafatçısı, Qızıl Dərviş mükafatı laureatı teatrın saqib baş rejissoru Oruc Qurbanovun da bu ay yaş həddinə görə işdən çıxarılması bizi çox üzdü. Qocaman rejissorun teatrı tərk etməsi, 137 illik sənət ocağını daha da çıxılmaz vəziyyətdə qoydu. Düzdür rəhbərin səyi nətincəsində yaradıcılıq imkanlarından məhrum edilmiş və son mövsüm ərzində Oruc müəllim heç bir tamaşa qura bilməmişdir. Amma Oruc müəllim baş rejissor işlədiyi 7 illik müddətdə "Zorən təbib", "Mürafiə vəkilləri", "Qızıl ahu balası", "Vətəndən ağırdır vətənin yükü", "Stullar", "Xor xor" və digər tamaşaları ilə teatr sənətinə incilər bəxş etmişdir. Necə deyərlər “çi fayda”ya nə fayda ...?!

Görkəmli rejissorun bütün səylərinə baxmayaraq yürütdüyü siyasətlə aktyorlar üzərindəki, amiranəliklə el dilində deyildiyi kimi “ burada mənəm, Bağdadda kor xəlifə” məsələni xatırladan hörmətli  İftixar Piriyev cənabları öz işlərindən çəkinməmişdir.
Son günlər teatrın bir neçə əməkdaşları qarşı-qarşıya durublar. Necə deyərlər şahmat fiquru oynayan direktor ilk addım kimi aktyorları önə verir. Heç bir nəticə çıxmadığda məcbur olur özü meydana çıxır. Deyəsən bu onun köhnə siyasətidir...

Çox qəribədir öz iş yerinə teatra qənim kəsilən dəyərli aktyorları teatrdan uzaqlaşdıran və qeyri ixtisas sahiblərini istedadsız, bacarırqız və təcrübəsiz olanları irəli çəkən bir şəxs teatrın rəhbər kreslosunda 2000-ci ildən oturur...İnşallah cənab nazir bir əmr verər İftixar Piriyev də bu teatrdan geri çəkilər. Heç olmasa İrəvan Teatrı bir ağ günə çıxar.

Xudaferin.eu

12:31