Tufarqanda əhalinin təkpisindən qorxan mollakratiya rejimi geri çəkildi

 

Aprelin 14-də Güney Azərbaycanda baş verən təbii fəlakət nəticəsində ölən insanların 22-si Tufarqanın Xələzər Körpüsü yaxınlığında avtomobillərinin içində selə tutulublar. Körpü və avtomobilləri onun altından keçən yola yönləndirən lövhə olaydan sonra medianın gündəmində olub.

Güney Azərbaycanda baş vermiş bu olayla ilgili olaraq, cəmiyyətin və beynəlxalq birliyin sərt təpkiləri ilə üz-üzə qalan İran mollakratiya rejimi problemin aradan qaldırılması üçün hərəkətə keçməyə məcbur olub. Bölgədəki “Yol və Nəqliyyat Xidmətləri İdarəsi” ötən gün Tufarqan şəhərinin Xələzər bölgəsindəki yolla bağlı yaranmış problemi aradan qaldırmaq uçun yol-nəqliyyat məsələsi ilə bağlı oraya qoyulmuş lövhəni qaldırlııb. Qeyd edək ki, bölgədəki yol lövhəsinin üzərində “Xələzər - Keçid körpü altından” sözləri yazılmışdı.

Daşqınlar zamanı baş verənləri əks etdirən videolar, habelə körpü və lövhəni göstərən şəkillərin yayılması ilə İran mollakratiya rejiminə xidmət edən medianın yayımladığı ilk xəbərlərin doğru olmadığı ortaya çıxmışdı. Seldən sonra medianın da yayımladığı ilk xəbərlərdə, daşqınları izləyənlər və selfi çəkənlərin həlak olduğu önə çəkilmişdi. Daşqınlar zamanı baş verənləri əks etdirən videolar, habelə körpü və lövhəni göstərən şəkillərin yayılması ilə bu xəbərlərin doğru olmadığı ortaya qoymuşdu. Bütün bunları nəzərə alaraq, Güney Azərbaycanın Urmu vilayəti yol polisinin komandiri albay Cavad Namvəran lövhənin bölgə əhalisinin israrı nəticəsində yolun kənarına yerləşdirildiyini irəli sürüb.

Mollakratiya rejiminin prezidenti Həsən Ruhani kötən həftə xüsusi nümayəndə heyəti ilə körpünün yerləşdiyi bölgəyə səfər etmək zorunda qalmışdı. Mollakratiya rejiminin baş tribunası olan “Mehr” agentliyi onun bu səfəri ilə bağlı yaydığı informasisyada belə qeyd edirdi: “Ölüm Körpüsünü ziyarət edən Həsən Ruhani bölgə insanları ilə söhbət etmədən sürətlə Əcəbşir şəhərinə gedib”. Həmin agentlik onu da bildirib ki: “Həsən Ruhani ilə birgə bölgəyə getmək üçün sadəcə dövlət mediasının jurnalistləri və fotoqrafçılarına icazə verilib.”
Qeyd edək ki, Güney Azərbaycanın Urmu vilayətinin Əcəbşir, Tufarqan və Sulduz şəhərlərinin kəndlərində baş vermiş sel daşqınları nədəni olaraq, 41 nəfərdən çox dinc sakin ölmüş və 26 nəfər isə itkin düşmüşdür. Yüzlələr evlər isə su altında qalmışdır. Bu olayı İran mollakratiya rejimi gizlətməklə yanaşı, bölgədə yaranmış problemi çözməyi  ağlından keçirməmişdir. Faciənin ağır və üzücü olmasına baxmayaraq, sel daşqınlarına görə etiraz edən əhaliyə divan tutmaq üçün bölgəyə xüsusi cəza dəstələri göndərilmişdi.  Yaranmış problem bütün Güney Azərbaycanı, eləcə də beynəlxalq birliyi ayağa qaldırdığı üçün mollakratiya rejimi süni şəkildə və hiyləgərcəsinə “yumşalma” siyasətini ortaya atmağa məcbur olub. Bu kiçik qələbənin əldə edilməsində Güney Azərbaycan Milli Hərəkatının önəmli olduğu bir daha isbat edildi.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

 

19:27