Tufaqanda daşqınlar sonucunda ölənlərin sayı 41-ə çatıb

 

Güney Azərbaycanın Tufarqan (Azərşəhr) və Əcəbşir bölgəsində gözlənilmədən güclü yağmurlar və daşqınlar baş verib. Bölgənin demək olar ki, bütün kəndlər daşqınlar və sel altında qalb. Minlərlə dinc əhali bu təbii fəlakətin qurbanına çevriliblər. Bölgədəki duruma görə faktiki olaraq, mollakratiya rejiminin heç bir xilasedici gücləri qatılmayıblar. Bununla bağlı rəsmi qurumların verdiyi açıqlamaya görə, dinc əhalidən 22 nəfər itkin düşüblər. 
Qeyd edək ki, aprelin 14-15-də baş verən iki günlük daşqınlar gur sellərin sonucu olaraq bölgədə azından 200-dən çox yaşayış məntəqəsi ciddi şəkildə zərər çəkib. On minlərlə insanların evlərini daşqınlar yuyub sıradan çıxarıb. Dincə əhalinin belə bir durumda çadır və digər ilkin zəruri ehtiyaclarını ödəmək kimi humnaist adıdmların heç biri atılmayıb. Güney Azərbaycanın müxtəlif şəhərlərində yerli yurdsevərlər daşqınlardan zərər çəkmiş əhaliyə könüllü yardımlar etməyə başlayıblar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

05:53