Tərbizdə müəllimlər üsyan etdilər

 

Güney Azərbaycanın başkəndi Təbrizdə təqaüdçü müəllimlər, mollakratiya rejiminə qarşı Beynəlxalq Müəllimlər Günündə etiraz aksiyası keçiriblər.
 

Məişət problemləri ilə bağlı keçirilən etiraz aksiyası Güney Azərbaycan Təhsil Şöbəsinin binası qarşısında baş tutub. Belə ki, müəllimlər təqaüdlərinin gecikdirilməsi, müəllimlərlə digər peşə sahiblərinin təqaüdləri arasında olan fərq, məişət problemləri və s. kimi məsələlərə etiraz ediblər. Bununla yanaşı, etirazçılar üzərində:
“Həbsdəki müəllimləri azad edin”,
“Bir korrupsiya azalarsa, bizim problemimiz öz həllini tapar”,
“Yoxsulluq həddi 4 milyon tümən, bizim təqaüdümüz 1 milyon”,
“Təhsil Nazirliyi Şöbələrini özəlləşdirməyi dayandırın”,
“Pulsuz və keyfiyyətli təhsil şagirlərin haqqıdır”
və başqa bu kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, mollakratiya rejiminin apardığı ən fəsadlı siyasətlərdən biri də ölkədə  müəllimlər ən az maaş alan hökumət işçiləri sırasındadır. Onlarla mollakratiya rejiminin əsas dayağı olan “İslam İnqilabı Keşikçilər Korpusu”nun (Sepah və Ettelah) üzvləri, Bəsic (yarım-silahlı könüllü dəstələr) və ruhanilərin maaşını müqayisə edəndə, müəllimlərin həqiqətən də yoxsul vəziyyətdə yaşadıqları məlum olur. Bundan əlavə, mollakratiya rejiminin ideologiyasını qoruyan qüvvələr maaşlarından başqa korrupsiya yolu ilə külli miqdarda gəlir əldə edirlər. Bütün bunlara etiraz edən və səslərini ucaldan müəllimlər isə məhkəmə tərəfindən uzunmüddətli həbs cəzalarına məhkum edilir.

Xudaferin.eu
Güney Azərbaycan,  “Tərbiz Bürosu”

09:59