Tərbizdə işçilərə zorla namaz qıldıran fabrik sahibinə geniş təpki

 

Güney Azərbycanın başkəndi Tərbizdə bir fabrikin işçilərinə zorla namaz qıldırdığını və namaz qılmayan işçiləri cərimə və işdən çıxarılmaqda təhdid etdiyini göstərən fotoşəkilin yayımlanması sosial mediada geniş təpkilərə yol verib.

Sosial mediada yayımlanan şəkildə yapışqan istehsal edən “Hel Fabriki”nin işçilərinin namaz qıldığı məkanın divarında yerləşdirilən bir afişada bu ifadələr yer alıb: “Bütün kişilərin namaz qılması məcburidir. Namaz qılmayanlar ən azı 120 min tümən cərimə ödəməlidirlər və ya işdən çıxarılacaqlar. Namaz vaxtında, bütün kişilər Allahu Əkbər-i eşitdikdən sonra dəstəmaz almağa başlamalıdırlar...”

Bu olayla ilgili olaraq, ötən iki gün ərzində minlərlə twitter, facebook, instagram və telegram social şəbəkələrinin istifadəçiləri türk və fars dillərində “Hel Fabriki” və fabrikin gənc sahibi olan müdiri Xəlil Nəzəri ilə bağlı yazılar və şəkillər paylaşıblar.

Fabrik sahibinin ad günündə çəkilmiş şəkilləri paylaşan sosial media istifadəçiləri onu sarkastik ifadələrlə Quzey Kore lideri Kim Con Una bənzədiblər və onu “cıppılı diktator” adlandırırlar. Sosial mediada yayılan bu şəkillərin əsli keçən aylar ərzində fabrikin twitter hesabından paylaşılıb.

Fabrikin sahibi avqustun 17-də həmin hesabdan ona etiraz edənlərə cavab verib. “Bu özəl bir fabrikdir. Dövlətin olsaydı, siz haqlı olardınız, dində məcburiyyət olmaz... Kimə nə, mən bu fabriki namaz qıldırmaq üçün tikmişəm, pula ehtiyacım yoxdur,” deyə o qeyd edib.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz bürosu”

14:26