Tərbizdə fermerlər etiraz aksiyası keçiridilər

 

Güney Azərbaycanın başkəndi Tərbizdə toyuğun satış qiymətinə etiraz edən iş adamları, kütləvi etiraz aksiyası keçiriblər.
 

Aksiya Tərbiz şəhər icra hakimiyyətinin binasının önündə baş tutub. Öz maşınları ilə aksiyaya qatılan fermerlər, toyuğun satış qiymətinə yenidən baxılmasını tələb ediblər. Onlar toyuğun satışında 1 faiz qazanc qarşılığında 10 faiz vergi tutulmasını ədalətsizlik hesab edirlər. Etirazçılar Güney Azərbaycan Tərbiz valisini toyuq fermalarına dəstək verməyə çağırıblar.
Qeyd edək ki, son bir ildə mollakratiya rejiminin apardığı yarıtmaz siyasətin sonucu kimi ölkədə ət məhsullarının qiymətlərləri azından 150 faiz artmışdır. Bunun başlıca və əsas səbəblərindən biri də, ölkədə korrupsiya hallarının sürətlə artmasıdır. Özəlliklə rejimin başında duran ali ruhanilər bu prosesi idarə edirlər. Mümkün qədər hər bir ruhaninin nəzarətində olan sahələrdə kütləvi şəkildə dövlət büdcəsindən oğurluq hallarının artması, büdcənin faktiki olaraq talan edilməsi, “İslam inqilabının ixracı” adı altında Suriya, Türkiyə, Oman, Sudan, Fələstin, Azərbaycan Respublikası, Tacikstan, Bəhreyn və başqa ölkələrə yönəlik təbliğat-təşviqat işlərinə görə ayrılan iri həcmli pulların çalınması və sair neqativ hallar sürətlə inkişaf etməkdədir. Buna görə də mollakratiya rejimi büdcəni doldurmaq üçün süni şəkildə vergiləri artırmağa başlamışlar. Bu da öz növbəsində yerli işadamlarının və tacirlərin haqlı narazılıqlarına səbəb olan amillərdən birinə çevrilibdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”   

 

09:57