Tərbiz, Zəngan və Urmudan sonra, Ərdəbildə mollakratiya rejiminə Türklər üsyan püskürdülər

 

İran mollakratiya rejiminin prezident seçkiləri ilə bağlı bu ilin 19 may tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı adaylıqlarını irəli sürənlər Güney Azərbaycanda öz seçki təbliğatlarına başlayıblar. Bu gün adaylar arasından ən çox Güney Azərbaycana səfər edən hazırkı prezident Həsən Ruhanidir. O, ötən seçkilərdə Güney Azərbaycana səfər edərək Azərbaycan Türklərinin milli hüquqları uğrunda islahatlar aparacağı yönündə bir sıra vədlər vermişdi. Həmin vədlər arasında Güney Azərbaycanda kütləvi işsizliyin, Urmu Gölü çevrəsində yaranmış ekoloji problemlərin, sosial-iqtisadi proseslərin inkişaf etdiriləcəyi yer alırdı. Ona görə də, “islahatçı” cildinə girmiş mollakrat Həsən Ruhani ən çox səsləri məhz Güney Azərbaycanda qazanmışdı. Ancaq, ötən müddətdə Güney Azərbaycanda mövcud olan sorunların heç biri çözülməmişdir. Bütün bunların əksinə olaraq, mövcud problemlər daha da dərinləşmişdir. Urmu Gölü çevrəsində yaranmış ekoloji problemlər dünyanın probleminə çevrilmişdir. Urmu bölgəsinin süni şəkildə “kürdləşdirilməsi”, İraq, Suriya və başqa ölkələrdən, İranın digər regionlarından buraya kürdlərin kütləvi şəkildə miqrasiyası siyasəti inkişaf etdirilmişdir. Güney Azərbaycan Milli Hərəkatının fəallarının kütləvi şəkildə həbsləri, sürgün olunmaları prosesi sürətlənmişdir. Güney Azərbaycan Türklərinin ana dilində təhsil, mədəni təsisatlarının yaradılması, yerli Televiziya kanallarının fəaliyyət göstərməsi kimi sorunlar çözülməmiş qalmışdır.
Bu gün yenidən prezident seçkiləri ərəfəsində Güney Azərbaycanda kütləvi şəkildə etiraz hərəkatı güclənnmişdir.
Ötən gün Həsən Ruhani utanıb qızarmadan Güney Azərbaycanın Ərdəbil şəhərinə seçki təbliğatına gəlib. Tərbiz, Urmu və Zəngan kimi Güney Azərbaycanın ən iri şəhərlərində olduğu kimi, Ərdəbildə də Həsən Ruhani Azərbaycan Türklərinin təpkiləri ilə qarşılaşıb. “Haray Haray mən Türkəm”, “Türk dilində Mədrəsə”, “Azərbaycan yaşasın”,  “Azərbaycan var olsun istəməyən kor olsun” və başqa milli şüarlar Həsən Ruhani və eləcə də digər adayaları dəhşətə salıb. Bununla yanaşı, Həsən Ruhaninin nitqini dəfələrlə yarımçıq kəsiblər.

Xudaferin.eu
Güney Azərbaycan, “Ərdəbil Bürosu”

 

 

 

Urmiyə

Qeyd edək ki, mayın 19-da fars rejiminin 12-ci prezident seçkiləri, həmçinin bir sıra şəhərlər üzrə yerli seçkiləri keçiriləcək. İranda Həsən Ruhani dönəmində Urmu gölünün canlandırılması və türk dilinin tədris edilməsi ilə bağlı istəklərin yerinə yetirilmədi və ana dilində təhsil tələb edən güneyli milli fəallar uzun müddətli həbs cəzalarına məhkum edildi.

 

10:00