"Traxtur"a qarşı daha bir yasaq

 

Tərbizin “Traxtur” Futbol Takımına qarşı yasaqlar davam edir

FİFA-nın oyunçu transferi qadağası ilə üzləşən Güney Azərbaycan takımına növbəti super liqa yarışlarının 4-cü həftəsindən sonra 3 sərbəst oyunçu cəlb etməsinə verilən icazə də ləğv edilib. İran Futbol Federasyiyasının oyunçuların vəziyyətinin təyin edilməsi üzrə komitə rəisi Ruzbeh Vesuq Əhmədinin dediyinə görə, “Traxtur” takımının ötən mövsümdəki oyunçularla müqaviləni uzatmaqdan başqa heç bir şansı yoxdur və 17-ci super liqa yarışlarına sadəcə bu şərtlərlə qoşula bilər.
Qeyd edək ki, İran mollakratiya rejimi Güney Azərbaycanın idman aləminin simgəsinə çevrilən başkənd Tərbizin “Traxtur” takımına qarşı dolayı yolla hər zaman olduğu kimi çeşidli sorunlar yaradılır. Bunun sonucu olaraq, takım bir sıra sorunları yaşamaq zorunda qalır. Ancaq, bütün bu basqılara baxmayaraq, “Traxtur” hər zaman ən güclü takımlardan biri kimi tanınmaqdadır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:31