““Traxtur” trakımının hesabında bir rial belə pul yoxdur”

Güney Azərbaycanın başkəndi Tərbiz şəhərinə bağlı “Traxtur” futbol takımının prezidentinin yardımçısı Kazım Şəhhriyari təsmil etdiyi klubun maliyyə durumu ilə bağlı mətbuata açıqlama verib. Bütün çətinliklərə baxmayaraq “Traxtur”un Asiya Çempionlar Liqasına vəsiqə qazanmasının sevincini komanda tərəfdarları ilə paylaşan Kazim Şəhriyari hazırda “Traxtur”un kimsəyə borclu olmadığını, lakin hələ də maliyyə sıxıntısı içində olduğunu diqqətə çatdırıb.

 

“Uzun illərdir cəmləşən daxili və xarici borclardan azad olduq. Bu ilk dəfədir ki, FİFA və Futbol Federasiyasının İnzibati Komitəsində borcla bağlı heç bir dosyemiz yoxdur. Lakin qısa müddətdə 11 milyard tüməndən çox borc ödəmək klub üçün bir çox problemlər yaradıb. Hətta hazırda klubun hesabında bir rial belə pul yoxdur. Hazırda komandada oynayan oyunçulara isə müqavilədə təyin olunmuş məbləğin 20 faizi ödənilib. Lakin onlara ödəniləcək qalan məbləğ də yaxın müddətdə ödənilməlidir. Həmçinin mövsümün ikinci yarısı üçün oyunçu transferinə də ehtiyac var və bütün bunlar üçün pul tələb olunur. Klubun büdcəsi sadəcə sponsorlar və gəlir əldə etmək üçün gördüyümüz işlərdən təmin olunur. Əslində Asiya Çempionlar Liqasına seçilən komandalara yardım vəd edilib, lakin bu günə qədər bizə heç bir vəsait təhvil verilməyib. Hazırda “Traxtur” klubu ciddi maliyyə sıxıntısı ilə üz-üzədir”- deyə o vurğulayıb.

Klub rəisinin müavini sözlərinin davamında səlahiyyətli məsulları komandaya yardım etməyə çağırıb.

“İndi yardımlaşma və işbirli vaxtıdır. Komanda Tərəfdarları nigaranlıq hissi keçirir. Xoşbəxtlikdən məsullar da komandanın problemlərinin həll olunmasına müsbət baxır. Lakin biz istəyirik ki, məhz bu həssas günlərdə “Traxtur”a yardım edilsin. Biz mövsümün ikinci yarısı üçün komandaya yeni oyunçular cəlb edərək Asiya Çempionlar Liqasına güclü şəkildə hazırlanmalıyıq. Ümid edirəm ki, rəsmilər bu həssas günlərdə “Traxtur”u yalnız buraxmayacaqlar”- deyə Kazim Şəhriyari yerli məsullara müraciət edib.

Qeyd edək ki, İran mollakratiya rejimi Təbrizin “Traxtur” futbol komandasını zəiflətmək üçün ona və tərəfdarlarına müxtəlif bəhanələrlə təzyiq edir. Dövlət yardımından məhrum olan Azərbaycan komandası bu il maliyyə sıxıntısı ucbatından FİFA-nın oyunçu transferi qadağası ilə üzləşib. Klub yeni oyunçular cəlb edə bilmədiyi üçün super liqa yarışlarında zəif çıxış etməkdədir. Komanda tərəfdarları klubun maliyyə problemlərinin çözüləcəyinə ümid edir.

Xudaferin.eu

Güney Azərbaycan, "Tərbiz Bürosu"

16:18