“Traxtur” takımı “Səba”nı məğlub edərək birinci yerə yüksəldi

Güney Azərbaycanın baskındı Təbrizdə yerli vaxtla saat 14:30-da bu şəhərin “Traxtur” futbol takımı ilə Qum şəhərinin “Səba” takımı arasında başlayan qarşılaşma bu dəqiqələrdə “Traxtur”un xeyirinə yekunlaşıb. “Traxtur”un xüsusi stadionunda keçirilən görüş sonda 2:1 hesabı ilə Güney Azərbaycan komandasının xeyirinə sona çatıb. “Traxtur” oyunçuları Məhəmməd İbrahimi 53-cü və Məhəmməd İranpurian 65-ci dəqiqədə qol vuraraq  komandalarına qələbə qazandırıblar. “Səba” tərəfindən vurulan tək qol isə 71-ci dəqiqədə Əhməd Həsənzadə tərəfindən vurulub. Bununla da “Traxtur” super liqa yarışlarının 11-ci həftəsində keçirilən görüşdə öz rəqibini məğlubiyyətə uğradaq 23 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Qeyd edək ki, “Traxtur”-“Səba” qarşılaşmasından öncə, görüşün son aylarda təmir işlərinə görə qapısını futbolçuların üzünü bağlayan səhənd stadionunda keçiriləcəyi elan edilmişdir. Lakin stadionun öt örtüyünün tam hazır vəziyyətdə olmadığı səbəbindən “Traxtur” klubu rəsmiləri görüşün klubun xüsusi stadionunda keçirilməsinə dair qərar qəbul etmişdir. Səhənd stadionunun bu günə kimi hazır olmaması “Traxtur” klubu və onun tərəfdarları üçün bir çox problemlər yaradıb, bu vəziyyət dəfələrlə komanda tərəfdarlarının etirazına səbəb olub.

Xudaferin.eu

14:01