Trampın “sağ əli”ndən sensassion bəyanat: “4 müstəqil dövlət yaranacaq"

Amerikada yeni seçilən prezident Donald Trapın “sağ əli” kimi xarakterizə edilən, onun beynəlxalq təhlükəsizliklə bağlı müşaviri təyin ediləcəyi gözlənilən general Mayk Filinnin çıxışı Türkiyədə narahatlıqla qarşılanıb. Türkiyə mətbuatının da qeyd etdiyi kimi, general D.Trampın kürdlərə böyük önəm verdiyini və qarşıdakı dönəmdə dəstək məsələsində yeni məqamların ortaya çıxa biləcəyini deyib.

General çıxışında hətta gələcəkdə müstəqil kürd dövlətinin yaranmasını da istisna etməyib. İraq Kürd Müxtariyyatında yayınlanan Kürdüstan TV-yə müsahibəsində general Donald Trampın kürdlərə dəstəyinin böyük olduğunu qeyd edib. “Peşmərgə ən qəhrəmancasına mübarizə aparan güclərdəndir. Peşmərgəylə birlikdə fəaliyyətim mənə göstərdi ki, onlar çox bacarılqı idarəetmə və təşkilatlanmaya malikdirlər. İŞİD-in tamamilə yox edilməsi üçün ABŞ-ın daha çox köməyinə ehtiyac var”,- deyə general vurğulayıb.
General açıqlamasına “Mənim fikrimcə, kürdlər indiyə kimi rast gəldiyim ən qəhrəman toplumlardan biridir” deyə davam edib: “Yaranacaq müstəqil Kürdüstan dövlətinə ABŞ və koalisiya ölkələrinin dəstək verməsi olduqca önəmlidir. Mənim fikrimcə, Orta Şərq yenidən düzənlənəcək və İraqla Suriya bütövlüyünü qoruya bilməyərək dağılacaq. Orta Şərqdə 3 və ya 4 yeni dövlətin yaranacağı qənaətindəyəm və gələcəkdə müstəqil bir Kürdüstan görəcəyimizi də söyləyə bilərəm”.

Xəzər
(Cebhe.info)

16:39