Tramp Merkeldən 300 milyard dollar istəyib: Kansler sakitliyini qorusa da, ölkə şokda

 

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelə NATO-ya xidmət üçün 300 milyard dollarlıq hesab təqdim edib.

Bu barədə “The Sunday Times “ Almanya hökumətindəki mənbəyə isitnadən yazıb.

Məlumata görə, Tramp bunu hələ ötən həftə Merkelə təklif edib. Vaşinqtonda keçirilən qapalı görüşdə təqdim edilən hesabın kansler tərəfindən sakit qəbul edildiyi bildirilir. Görüşdə iştirak edən almaniyalı nazirlərdən birinin sözlərinə görə, hadisə təsəvvürəgəlməz olsa da kansler sakitliyini qoruyub. Xatırladaq ki, Tramp dəfələrlə NATO üzvü olan ölkələrin alyansın maliyyələşməsindəki iştirakından razı qalmadığını vurğulayıb. Bildirib ki, təşkilat hazırda alyansın maliyyəsinin azı 70 faizini ödəyir ki, bu da büdcəyə ağır yükdür.

Xudaferin.eu
“Avropa Bürosu”

15:47