Tramp: Əlimdən gələni edəcəm ki, İranın nüvə silahı olmasın

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Tehranın nüvə silahına malik olmaması üçün İrana qarşı yeni tədbirlər görmək niyyətindədir.

Xudaferin.eu-ın Trend-ə istinadən məlumatına görə, Tramp bu barədə İsrail baş naziri Benyamin Netanyahu ilə danışıqların yekunları üzrə mətbuat konfransında deyib 

“Mənim administrasiyam İrana qarşı artıq yeni sanksiyalar qəbul edib və mən bundanda artığını edəcəm ki, İran nüvə silahını əldə edə bilməsin”, - ABŞ prezidenti bildirib.

Qeyd edək ki, İrana qarşı fevralın əvvəlində ABŞ tərəfindən yeni sanksiyalar tətbiq olunub.

Xudaferin.eu

22:53