Tramp “erməni soyqırımı”nı tanımayacaq

 

Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan bildirib ki, Donald Tramp “erməni soyqırımı”nı tanımayacaq.

Riçard Kirakosyan Donald Trampın Türkiyə administrasiyası ilə strateji hədəflərini nəzərə alaraq sıx dostluq münasibətləri quracağını deyib.

“Tramp administrasiyasının “erməni soyqırımı”nı tanıyacağı inandırıcı deyil. Əvvəki, administrasiyaların bəyanatlarına bənzər açıqlamalar veriləcəksə də, “soyqırımı”nın tanınmasından söhbət getməyəcək. Bunun bir səbəbi Trampın Ərdoğanın Suriya məsələsindəki köməyini nəzərə alması və İŞİD-ə qarşı mübarizəyə cəlb etmək planları ilə bağlıdır. Təsadüfi deyil ki, referendum nəticələri bəlli olan kimi Tramp Türkiyə prezidentinə telefon zəngi edərək təbrik etdi. Digər tərəfdən, Tramp Türkiyədə vaxtı ilə biznes layihələri həyata keçirib və türk biznesmenlərlə yaxşı münasibətləri var”.

Riçard Kirakosyanın fikrincə, PKK, İŞİD terroru və Suriyaya müdaxilə Ankaranı təhlükə altında saxlayan əsas məsələlərdir.

Modern.az

 

06:24