Tramp: “Amerika İranın Ərəb körfəzində təxribatçı hərəkətlərinə dözməyəcək”

 

Amerika prezidenti Donald Tramp bəyan edib ki,rəsmi Vaşinqton Tehran mollakratiya  rejiminin dünyada və özəlliklə də Orta Doğudakı txribatçı hərəkətlərinə dözmək niyyətində deyil.

Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib. O qeyd edib ki: “Prezident Donald Tramp ərəb körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb. Tramp isə  açıq şəkildə bildirib ki, Amerika Tehran rejiminin təxribatçı hərəkətlərinə dözməyəcək”.

Qeyd edək ki, ötən gün Tehran mollakratiya rejiminin hərbi katerləri Ərəb körfəzində Amerika hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran öz suçunu gizlətmək əvəzinə, belə bir insidentin baş verməsində Amerika tərəfini günahlandırıb.

 

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

08:47