Trabzon Belnəlxalq Film Festivalı başladı

 

"İdman və Gənclik" mövzulu festival bu il ilk dəfə təşkil olunur.

Türkiyədə Trabzon Valiliyinin dəstəklədiyi İstanbul Trabzon Federasiyası (İTF) və Anadolu Təhsil Mədəniyyət və İrfan Dərnəyinin (ANADER) əməkdaşlığı ilə təşkil olunan "Trabzon Beynəlxalq Film Festivalı" (TUFFEST) başladı. Bu il ilk dəfə təşkil olunan, "İdman və Gənclik" mövzulu festival çərçivəsində Atatürk Sahəsindən Zağnos Vadisinə qədər yürüş keçirildi. Mehtər qrupunun müşayiəti ilə Türkiyənin kinoaktyorlarının da qatıldığı yürüşə insanlar böyük maraq göstərdilər. Zağnos vadisində keçirilən festivalda xalq oyunları qrupu və Trabzon Böyükşəhər Bələdiyyəsinin mehtər qrupu çıxış etdilər.

Xudaferin.eu
Türkiyə, “Qara Dəniz Bürosu”

 

21:23