Tokio Fond Birjasında son 30 ilin rekordu qeydə alınıb

 

Yaponiyanın başkəndi Tokio Fond Birjasında (TFB) aparıcı “Nikkey” indeksi fasiləsiz olaraq 13-cü gündə də artıb. Bu hadisə son 30 ildə ilk dəfə baş verib.

“Nikkey” indeksinin 13 gün fasiləsiz artımı sonuncu dəfə 1988-ci ildə qeydə alınıb. Həmin vaxt Yaponiya iqtisadiyyatında “sabun köpüyü” adlanan dövr yaşanırdı. Cümə axşamı Nyu-York fond bazarında artım tendensiyası qeydə alındıqdan sonra TFB-də də investorlar səhmləri əldə etmək üçün sifarişlər yerləşdiriblər. “Nikkey” indeksi günü 21 min 448 bəndində başa vurub. Bu, bir gün əvvəl qeydə alınan göstəricidən 85 bənd çoxdur və 1996-cı ildən bəri ən yüksək göstəricidir. Daha geniş TOPİX indeksi də 5 bənd artaraq 1730 həddində qərarlaşıb.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:43