Tələbələrə təqaüd verilmir

 

“Artıq mart ayıdır, amma tələbələrə yanvar və fevral aylarının təqaüdləri hələ də verilməyib”.

Bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, demək olar bütün universitetlərdə iki aydır tələbə təqaüdlərində geçikmələr var: “Əldə etdiyim məlumata görə, büdcədən vəsait ayrılmayıb. Bu, daha çox universitetlərdən hesabatların və məlumatların gec verildiyinə görə baş verir. Bundan başqa, artıq təqaüdlərin verilməsi 2015-ci ildən etibarən yeni meyarlarla həyata keçirilir. Yəni, daha əvvəllər olduğu kimi, ancaq ödənişsiz əsaslarla təhsil alan tələbələr təqaüd almır, indi istər ödənişli əsaslarla təhsil alan, istərsə də ödənişsiz əsaslarla təhsil alan tələbələr arasında ən yüksək akademik göstəricilərə malik olan tələbələr təqaüd alır. Bu məlumatlar da il ərzində hər smestr imtahanlarından sonra dəyişdiyinə görə universitetin mühasibatlığı yeni məlumatları əks etdirən hesabatları Maliyyə Nazirliyinə gec göndərir. Onlar da bu məlumatları yenidən araşdırıb hesablayır. Nəticədə təqaüdlərin verilməsi uzanır”.

 

Alçina Amilqızı

Cebhe.info

 

10:58