“Təki vətən yaşasın” - SƏNƏDLİ FİLM

1997-ci ilin aprelində düşmənə təslim olmamaq üçün özlərini əl qumbarası ilə partladan Azərbaycanın xüsusi təyinatlılarının kəşfiyyat qrupundan bəhs edən sənədli film çəkilib. 

"SahilFİLMS" MMC-nin istehsalı olan film özündə real hadisəni əks etdirməklə yanaşı, həmçinin qrupun yeganə sağ qalan üzvünün danışıqları əsasında çəkilib. Qeyd edək ki, film heç bir təşkilatın maddi dəstəyi olmadan, "SahilFİLMS" bir qrup əməkdaşları, Teymur Zahidoğlu, Elgün Gəncimsoy, Raman Dadaşov və Fəxri Məmmədovun birgə əməyi nəticəsində ərsiyə gəlib. Filmin bütün səhnələrinə Azərbaycan ordusunun şəhid polkovnik leytenantı Raqub Orucovun dəstəyi ilə Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin əsgərləri çəklilib. Çəklişlər 2014-cü ildə aparılıb. 

Cebhe.info

20:04