Tiuflisdə “yoxa” çıxan jurnalist Əfqan Muxtarlı Bakıda həbsxanada peyda oldu

 

Vəkil Nemət Kərimli də bunu təsdiq etdi: Əfqan Muxtarlı Azərbaycana gətirilib

Vəkil onu da bildirib ki, Gürcüstan hökumətinin hərəkətindən şikayət verəcək.

Dünən axşam saatlarında vəkil Elçin Sadıqov Dövlət Sərhəd Xidmətinin binasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşüb. Artıq vəkil iki saatdan çoxdur ki, Sərhəd Xidmətinin binasına daxil olub. Əfqan Muxtarlının Tiflisdə yaşayan həyat yoldaşı Leyla Mustafayeva Facebook səhifəsində jurnalistin pasportunun (Azərbaycan pasportu) fotosunu yayıb.

"Əfqanın Azərbaycan pasportu evdə idi. Bu onun pasportudur. Əfqanı pasportsuz Gürcüstan-Azərbaycan sərhəddindən necə keçiriblər?", jurnalistin həyat yoldaşı sual edir. Onun sözlərinə görə, Muxtarlı bu gün saat 18 radələrində ona zəng edib.

 “Əfqan Muxtarlı bildirdi ki, Dövlət Sərhəd Xidmətinin Sahil metrosunun yaxınlığındakı binasındadır. Sabahdan onun müdafiəsinə qoşulacam”, o qeyd edib.

Vəkil Gürcüstanda saxlanlan Əfqan Muxtarlının Azərbaycana verilməsini beynəlxalq hüquq normalarının kobud pozuntusu kimi qiymətləndirib. “Əfqan Muxtarlını Azərbaycanda təhlükə gözləyirdi. Bu halda Gürcüstan onu Azərbaycana verməməli idi. Biz Gürcüstan hökumətinin hərəkətindən şikayət verəcəyik”, vəkil bildirib.

Qeyd edək ki, Əfqan Muxtarlı mayın 29-da Tiflis şəhərində yoxa çıxıb. Həyat yoldaşı onun qabaqcadan izləndiyini deyib. Əfqan Muxtarlı jurnalist fəaliyyəti ilə məşğuldur və bir neçə il bundan əvvəl Tiflisə köçüb.

Amerikaninsesi.org

09:14