Timoşenko prezident postuna namizədliyini irəli sürdü

 

O bildirib ki: "İndiki Ukrayna hakimiyyəti və şəxsən prezident oğrudur..."

“Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayanda 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. “Namizədliyimi irəli sürəcəyəm. Biz ölkəni ayağa qaldırmaq üçün qalib gələcəyik”, deyə Y.Timoşenko bildirib.

O həmçinin hazırkı dövlət başçısı Petro Poroşenkonu korrupsiyada ittiham edib. O, daha da irəli gedərək, ölkə prezidenti Pyotr Poroşenkoya silahlı qüvvələrdə etdiyi oğurluğa görə öz əlini kəsməyi təklif edib.Partiya lideri Poroşenkonu ordunun təmin edilməsi üçün saxta müqavilələr hesabına büdcədən böyük miqdarda vəsaitlər mənimsəməkdə ittiham edib. Timoşenko xatırladıb ki, Poroşenko bundan əvvəl orduda korrupsiya ilə məşğul olanların əlini kəsəcəyini vəd etmişdi.

"Mən eşidəndə ki, onlar ordudakı bütün korrupsionerlərin əlini kəsəcəklər, fikirləşdim ki, bəs onlar bundan sonra belə müqavilələri necə imzalayacaqlar", — deyə Timoşenko Ukrayna televiziyasının efirində bildirib.

Bundan əlavə, Timoşenko Poroşenkonu kəsilmiş başının yerinə yenisi çıxan üçbaşlı əjdaha ilə müqayisə edib. Qeyd edək ki, 56 yaşlı Y.Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

09:21