Tiflisidə minlərlə adam küçələrə çıxıb

 

Gürcüstanın başkəndi Tiflisidə minlərlə adam “Rustavi 2” TV kanalına dəstək verdiyini elan etdi
 

Ölkənin əsas müxalifət kanalı olan “Rustavi 2” hökümətin mediyaya, azad sözə basqı göstərdiyini bildirib və buna etiraz olaraq fevralın 18-də fəaliyyətini dayandırmışdı. Fevralın 19-da isə minlərlə tbilisi sakini kanala dəstək məqsədi ilə, parlamentin önündə aksiya keçirib. Bəzi media orqanları etiraza 10 minə yaxın şəxsin qatıldığını deyir.

“Rustavi 2” kanalının rəhbərliyi iddia edir ki, hökümət iş adamlarından birinin əli ilə bu kanala nəzarətə ələ keçirmək istəyir. Bütün bunlara baxmayaraq, TV kanal əməkdaşları və əhali öz sevimli kanalını müdafiə etməkdən çəkinmir. Gürücüstanda demokratiyanın simvollarından biri olan “Rustavi 2” kanalı 2003-cü ildən indiyə kimi öz ənənəsinə sadiq olan bir KİV orqanı kimi ölkədə həm də olduqca populyardır. Rəsmi və alternativ fikrə geniş meydan verən TV kanalı dəfələrlə bağlatmaq üçün dərin siyasi oyunlar ortaya atılsa da, hər dəfə olduğu kimi, xalq ayağa qalxaraq TV kanalın yanında olduğunu bəyan etmişdir.

Gürcüstan prezidenti Giorgi Margvelashvilinin sözcüsləri dəfələrlə bəyan edib ki, prezident bütün media orqanlarını və xüsusən də tez-tez basqıya mərzu qalan “Rustavi 2” hanalına tam dəstəyini ifadə edib. dəslədiyini bəyan edib.

Xudaferinə.eu
Gürcüstan, “Tiflis Bürosu”

09:10