Tiflisdə möhtəşəm "Muzeydə gecə"si

 

Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşəbbüsü ilə "Muzeydə gecə" aksiyası təşkil olunub.
 

Aksiya keçirilən muzeylərdən biri də, Mirzə Fətəli Axundzadənin ev muzeyi olub.

Tədbirdə incəsənət ustaları, gənclər iştirak edib. Azərbaycan mədəniyyət nümunələri muzeyə gələnlərə təqdim olunub. Aksiya çərçivəsində muzey tərəfindən xüsusi diplomlar təqdim olunub.
Qeyd edək ki, bu tədbirdə Borçalının bütün bölgələrində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin musiqi qrupları iştirak etmişlər. Eyni zamanda bir-birindən maraqlı proqramlar təqdim etmişlər. Tiflisdə fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzi”nin nəzdindəki mahnı və rəqs kollektivlərinin çıxışları isə tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

19:37