Təhsil nazirinin adı ağır cinayətdə hallandı

 

Bərdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi olmuş Hüseyn Qasımovun güllələnməsinə görə həbs olunan beş nəfərin martın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi keçirilib.

 

Müttəhimlər kürsüsündə oturan Günel Süleymanova olayın sifarişçisi hesab olunur və istintaq bu qənaətə gəlib ki, ona bu cinayət əməlində atası Rasim Süleymanov dəstək verib. Rasim Süleymanov da bu cinayət işində mühakimə olunur. H.Qasımov ağır xəsarət almasa da, həbs olunanlara qəsdən adamöldürməyə cəhd, dələduzluq kimi maddələrlə ittihamlar irəli sürülüb.

Məhkəmədə hadisə ilə bağlı maraqlı detallar açıqlanıb. Müttəhim G.Süleymanova ifadəsində deyib ki, H.Qasımovu öldürmək yox, cəzalandırmaq istəyib. Onun sözlərinə görə, hədəfə aldığı qurban onu intim görüntüləri ilə şantaj edirmiş. Güllə yarası alan şəxs isə bu ifadə ilə razılşamır, sifarişçinin onun həbsdə olan oğlunu azadlıqdan çıxaracağı adı ilə 33 min manatı mənimsədiyni və nəticədə onu aldatdığını deyir.

H.Qasımovun oğlu 2015-ci ilin yayında bir nəfərin ölümü ilə nəticələnmiş yol qəzası üzündən həbsdədir. Həmin dövrdə Qasımov vəzifədə olub. İddiaçı tərəf hadisəni belə danışıb: “Mənim oğlum həbsdədir. Günel Süleymanova bizdən şikayətçi olan tərəflə barışıq ərizəsi alacağını deyib, məndən 33 min manat aldı. Şikayətçi olan tərəf Bərdədən olan Xaləddin müəllimdir. Günel dedi ki, Xaləddin müəllimlə görüşüb və danışıb. Günel deyirdi ki, təhsil naziri Mikayıl Cabbarovun qardaşı onların qohumlarının qudasıdır. Xaləddinin nömrəsini də məndən aldı. Guya aramızda barışıq edəcəkdi. Amma mənim yanımda onunla danışmayıb”.

Turaninfo.az

07:02