Təhsil adı ilə Avropaya: Gənclərə ölkəni tərk etmək üçün 3 fürsət

 

Bu gün azərbaycanlı gənclər müxtəlif yollarla ölkəni tərk edirlər. Kimisi mitinqlərdə aktivlik göstərərək mühacirət edir, kimisi hansısa işbazların dəstəyi ilə qanunsuz yolla qaçqın kimi gedir, kimisi isə iş vizası alaraq ölkəni tərk edir. Hətta turist vizası alaraq ölkəni tərk edənlər də var. Əlbəttə, onların hekayələri bir çoxlarına cəsarət verərək ölkədən çıxış üçün yollar axtarmağa vadar edir.Azərbaycan gəncliyi niyə ölkəni tərk etməkdə maraqlıdır?İlk növbədə bunu araşdıraq.Azərbaycanda böyük bir işsiz ordusu var. Gəncliyimiz sabahını təmin edə bilmədiyi üçün daha gec yaşlarda nikaha daxil olur.Hətta 40-45 yaşda belə şəxslər nikaha daxil olmaqdan imtina edir.

 

Səbəb də sosial təminatın olmamasıdır. Azərbaycanlı gənc ev ala bilmir. Gənclik üçün heç bir şərait təmin edilmədiyi halda gənclərin ölkədən axınını normal qarşılamaq olar. Azərbaycanda iş tapa bilməyən gənc xarici ölkədə isə işlə təmin edilir. Beynəlxalq təşkilatların açıqlamasına görə Azərbaycanda hətta 65 yaşdan yuxarı şəxslər də ölkəni tərk etməkdə maraqlıdır.Ölkəni tərk edənlər sırasında 65 yaşdan yuxarı olan şəxslər üstünlük təşkil edir. Bu isə onu göstərir ki, hətta yaşlı nəsil də müxtəlif yollarla ölkəni tərk etməyə can atır, düşünür ki, heç olmasa ömrünün qalan ilini də xarici ölkədə firavan yaşasın. Öncəki illərdən fərqli olaraq qeyri-qanuni yollarla xarici ölkələr getmək artıq təhlükəlidir.Artıq bir neçə ölkə əcnəbi vətəndaşalrın qeyri-qanuni qəbulu üçün müəyyən sədlər çəkib.Əsas örnək kimi dünya nəhəngi olan ABŞ, Almaniyanı misal olaraq göstərə bilərik.Vəziyyətdən çıxış yolu kimi isə alternativ variantlar təklif olunur.Bu alternativlərdən biri də xaricdə təhsil adı ilə ölkəni tərk etməkdir.Bu yazıda sizə əcnəbi ölkələrdə məskunlaşmağın alternativ yolları haqda məlumat verəcəyik.

“Erasmus-Mundus” təhsil proqramı

Erasmus Mundus (Belçikalı görkəmli alimin adını daşıyır) 1-2 semestrdən ibarət və ya tam təhsil(Full Degree) verə bilən bir tələbə-mübadilə proqramıdır. 2009-cu ildən etibarən bu proqrama start verilib. Hər il təxminən 100-ə yaxın şanslı tələbə bu programdan yararlana bilir. Bu proqramın üstünlüklərindən biri də onun bir deyil, xeyli ölkəni səyahət etmək imkanı qazandırmasıdır.Təkcə Ingilis dilini deyil, həmçinin yaşadığın ölkənin ana dilini və əgər istəkli olsan oradakı tələbələrdən könüllü şəkildə onların dilini öyrənmək imkanı da əldə edə bilirsən. “Erasmus Mundus” Avropa Birliyi nəzdində fəaliyyət göstərən Avropa Komissiyası tərəfindən maliyyələşən bir təhsil proqramdır.Təhsil aldığınız müddətdə bütün yaşam, siğorta, visa, gediş və geri dönüş biletlərini özündə birləşdirən Təqaüd paketinə yiyələnirsiniz.Minimum təqaüdün avro ilə dörd rəqəmli ədəd olduğunu demək kifayətdir. Digər tələbə mübadilə proqramlarından fərqlənən ən mühüm cəhətlərindən biri də bütün prosedurların online, yəni, internet üzərindən olması,imtahan və ya intervyunun olmamasıdır. Proqramda iştirak etmək üçün ilk şərt oxuduğunuz universitetin Erasmusun partnyor universitetlərindən biri olmasıdır. Şəxsin son 5 il ərzində ümumi olaraq 12 aydan artıq Avropa ölkələrində olmaması da vacib amillər sırasındadır. Şəxs ingilis və ya hansı dildə təhsil alınması planlaşdırılırsa həmin dildə yüksək bacarığa sahib olmalı.

Online müraciət zamanı

 

Online qeydiyyat dövrü əsasən dekabr-fevral aylarında baş tutur.Nəticələr isə ən gec halda, mayda məlum olur.Daha sonra seçilmiş tələbələr üçün xüsusi sənədlər göndərilir və siz Avropadakı universitetdə təhsil alacağınız dərsləri qeyd edirsiniz.1 ay müddətində viza proseduru davam edir və viza üçün sənədlərinizi toplayıb, vizanızı alırsınız.Biletinizi isə Avropa Komissiyası online şəkildə alır və sizə göndərir.Bundan sonra isə sizi “Turkish Airlanes” ilə gedəcəyiniz ölkəyəcən yola salırlar. Azərbaycandan Erasmus proqramı ilə partnyor olan universitetlərin siyahısına Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Kənd Təsərrufatı Universiteti, Mingəçevir Politexnik, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət, Azərbaycan Texniki Universiteti, Azərbaycan Müəllimlər Universiteti, Bakı Bisnes Universiteti, Qərb Universiteti daxildir.
Digər proqram isə AİESEC-dir. 2010-cu ildən 560 gənc azərbaycanlı ölkəni tərk edərək AİESEC-in “könüllü” təcrübə proqramı ilə xaricə gedib. AİESEC-ə 29 xarici universitet daxildir.

AIESEC gənclər təşkilatı (Association for the International Exchange of Students in Economicsand Commerce) dünyanın gənclər tərəfindən idarə olunan ən böyük təşkilatıdır.Dünyanın 128 ölkəsində 70 000 dən çox üzvə sahib olan AIESEC təşkilatı 1948-ci ildə Avropanın 7 ölkəsindən olan gənclərin təşəbbüsü ilə yaranmış və bugünə qədər milyonlarla gənclərin inkişafına töhfə vermişdir.AIESEC gənclərin inkişafı üçün 3 əsas proqram təşkil edir. 18-30 yaş arasında istənilən gənc “Global Volunteer”, “Global Enterpreneur” və “Global Talent” proqramlarında iştirak edə bilər və dünyanın müxtəlif ölkələrində könüllü qismində sosial layihələrdə və ya təcrübəçi qismində start-uplarda, şirkətlər və təşkilatlarda işləyə bilər. AIESEC bu proqramlar əsasında hər il 50000-dən çox gəncin müxtəlif ölkələrdə mübadilə proqramlarında iştirakını həyata keçirir. AIESEC BMT-nin İqtisadi və Sosial Şurasının konsultativ üzvüdür və UNESCO tərəfindən tanınır.AIESEC BMT-nin Baş Katibinin gənclər üzrə Elçisi ofisi ilə yaxından əməkdaşlıq edir. AIESEC-in qlobal əməkdaşları sırasına BMT, Asiya İnkişaf Bankı, DHL, Tata Consultancy Services, Unilever, Electrolux, Nike, PwC, ING, və sair kimi beynəlxalq təşkilat və şirkətlər daxildir. Yalnız 2016-cı il ərzində AIESEC Azərbaycan 117 nəfər gənci dünyanın 33 müxtəlif ölkələrində 6 həftəlik təcrübə proqramlarına göndərmiş və 120-dən çox xarici gənci Azərbaycandakı sosial layihələr çərçivəsində qonaq edib. Hazırda AIESEC Azərbaycanın 110 üzvü var. AIESEC Azərbaycanın 2017-ci ildə 300 Azərbaycan gəncini xaricdə təcrübə proqramlarına göndərməyi və 350 xarici gənci Azərbaycandakı təcrübə proqramlarına cəlb etməyi planlaşdırır. Azərbaycanlı gənclərin xaricə axınında İCORN proqramının az da olsa çəkisi var. Müəyyən təqiblərə məruz qalan gənclər İCORN proqramı vasitəsilə dünyanın inkişaf etmiş müxtəlif ölkələrində qərarlaşırlar. Yəni, üzərinizdə təqib varsa, azadlığınız əlinizdən alınırsa, bütün bunları sübut edə bilərsinizsə İCORN-a müraciət edə bilərsiniz. Qaçqınların Beynəlxalq Şəhəri adlanan İCORN təşkilatı təqiblərə məruz qalan jurnlalist, yazar, aktyorları müxtəlif ölkələrdə yerləşdirir.

ICORN təşkilatı müxtəlif ölkələrdə, o cümlədən də Azərbaycanda təqibə məruz qalan yazıçı və jurnalistlər üçün “Azad şəhər” layihəsi təşkil edir.Qaçqınlar üçün ayrılan şəhərlərin sayı isə 64-dür. Bu şəhərlər sırasında Oslo, Rotterdam, Meksika, Malmö, Paris, Amsterdam, Krakov və Barselona, Kopenhagen, Brüsselin də adı var.
 

Nigar Məhərrəm

Cebhe.info

  

09:22