Theresa May-in “Brexit” planı: əsas maddələr

Böyük Britaniyanın baş naziri Theresa May Londonda ölkənin Avopa İttifaqını (Aİ) tərk etməsi məsələsinə həsr olunmuş proqramla çıxış edib. Əslində bu çıxış Böyük Britaniya hökumətinin Brexit danışıqlarında tutduğu mövqenin qısa xülasəsi sayıla bilər. XİN-dəki çıxışı zamanı Theresa May avropalı müttəfiqləriylə yaxşı münasibətlərin qorunmasına çalışacağını qeyd edərək, ölkəsinin qlobal iqtisadi cəmiyyətin daha fəal üzvü olmasını istədiyini vurğulayıb.

Onun sözlərinə görə Aİ ilə danışıqlarda bir neçə əsas prioritetlər var:
Böyük Britaniya AB-ni tərk etdikdən sonra İsveçrə və Norveç kimi Avropa vahid bazarında qalması mümkünsüzdür. Bu Avropa qanunlarıyla razılaşmaq, həm də eyni zamanda buna nəzarət imkanından imtina etməkdir.
Bu, həmçinin Böyük Britaniyanın Avropa Gömrük İttifaqından çıxmasına da aiddir. Cünki Avropa Gömrük İttifaqında üzvlüyün saxlanması Böyük Britaniya ilə digər ölkələr arasında ticarət sazişlərinin bağlanmasına maneə yaradar.
Hökumətin Aİ ilə rüsumsuz ticarət əlaqələrinin – ya yeni gömrük razılaşması və ya mövcud Gömrük İttifaqında məhdud üzvlük çərçivəsində qorunub saxlanması.
Parlamentə təqdim ediləcək hokumət siyasəti şəffaflığı və aydınlığı ilə seçiləcək
Aİ-ni tərk etmək ölkənin yaşadığı qanun və qaydaların Brüsseldə deyil, Londonda, Kardiffdə, Edinburqda və Belfastda qəbul edilməsi deməkdir. Bu isə o deməkdir ki, Birləşmiş Krallığın tərkib hissələri arasında əlaqələrin möhkəmləndiriliməsi Böyük Britaniyanın gələcəyində vacib amillərdən biri olacaq.
Böyük Britaniya ilə İrlandiya arasında xüsusi münasibətlərin qorunub saxlanması, xüsusilə ticarət və azad hərəkət etmək məsələsi
Aİ vətəndaşlarının Britaniyada və Britaniya vətəndaşlarının Aİ-dəki miqrasiya hüquqlarına “nəzarəti”
Hökumət işçilərin qanunvericilikdə olan hüquqlarını nəinki qoruyub saxlayacaq, hətta genişləndirəcək. Bu əmək qanunvericiliyinə və sosial müdafiə tədbirlərinə aiddir.
Böyük Britaniya ilə Aİ arasında gələcəkdə ticari məsələlər vacib yerdədir. Razılaşma Brüsellə əldə olunacaq ayrıca sazişə əsaslanmalıdır.
Böyük Britaniyanın müstəqil ölkə qismində və ticari tərəfdaş kimi qlobal arenaya çıxmaq zamanıdır.
Aİ ilə gələcəkdə nəzərdə tutulan saziş Böyük Britaniyanın Avropa ölkələri ilə elm, təhsil və səhiyyə sahəsində əməkdaşlığının davam etdirilməsini nəzərdə tutmalıdır.
Aİ üzvləriylə müdafiə, təhlükəsizlik, xüsusilə terrora və beynəlxalq cinayətkarlığa qarşı mübarizə istiqamətində əməkdaşlığın davamı.

Xudaferin.eu

 

16:11