Testi nə əvəz edəcək?

 

 

Günlərdir ictimaiyyət və media ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında test üsulunun ləğv edilməsi ilə bağlı məsələni müzakirə edir. Bununla bağlı müxtəlif fikirlər və təkliflər səsləndirilir.Amma fakt ondan ibarətdir ki, illərdir tətbiq edilən test üsulu iki ildən sonra sıradan çıxacaq, əvəzində isə yeni qəbul sistemi tətbiq ediləcək. Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyindən söz açmışdı. İki ildən sonra qəbul qaydalarında müəyyən dəyişikliklər olacaq. Yenə də buraxılış, həmçinin ali və orta ixtisas müəssisələrinə qəbul imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Ancaq imtahanın modelinin hansı formada olması ilə bağlı müzakirələr bitəndən sonra ictimaiyyətə açıqlama veriləcək.

Yeni tətbiq ediləcək qəbul sisteminin test üsulundan özəlliyi nə olacaq?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov açıqlamasında deyib ki, əslində testin ləğv olumasından söhbət getmir: “Təhsil Strategiyasının 3.1.6. bəndində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi göstərilir. Sadə bir nümunə aparsaq, ADA, Seçenov adına Tibb Universitetinin Bakı filialı, MDU-nun Bakı fililında tələbə təbulu test + müsahibə (esse və s) şəklində aparılır. Yenilik bu formata reallaşacaq.Nümunə olaraq müəllimlərin işə qəbulu imtahanlarını götürsək, müəllim adını qazanmaq üçün ilkin şərt olaraq keçid balını (test) toplamaq zəruridir.Növbəti mərhələ (müsahibə) isə namizədin adekvatlığı, onun dünyagörüşünü, real biliklərini ortaya qoyur. Siz orta məktəb müəllimisiniz, mən isə ali məktəb... Hər gün yüksək bal toplamış, amma düşüncə qabiliyyəti, tənqidi yanaşması olmayan və yalnız testlərlə işləməyə öyrəşmiş tələbələrlə işləyəndə müəllimin nə çəkdiyini kaş siz də biləydiniz. Test mərhələsindən sonra, ictimai nəzarəti təmin etməklə, şəffaf şəkildə müsahibə mərhələsinin aparılması ilə ali təhsil müəssisələrinə qəbul yalnız təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edə bilər. Bilirsiz ki, 1992-ci ildən ali məktəblərə qəbul imtahanları test formatından istifadə olunmaqla həyata keçrilir. Artıq 25 ildir ki, eyni səpkili üsuldan istifadə artıq əmək bazarının tələblərini ödəmir.Hesab edirəm ki, ilk növbədə, məzmun və formanı fərqləndirməliyik.Formal olaraq bu, test imtahanı sistemidir və bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan asılı olmayaraq həyata keçirilməsidir.Bu, Azərbaycan kontekstində böyük üstünlükdür.Bununla da obyektivlik təmin edilir”.

Ekspert qeyd edib ki, 2008-2009-cu tədris ilindən Azərbaycan orta məktəbləri kurrikulum standartlarına keçib: “Bu sistemdə oxuyan məktəblilər əvvəlkilərdən əldə etdikləri bilik və bacarıqlara görə fərqlənirlər. İndiyə qədər qəbul imtahanlarında qapalı, yəni cavab variantları olan test tapşırıqlarından istifadə olunurdu.Lakin 2010-cu ildən sonrakı nəticələri təhlil etdikdə görürük ki, bu artıq özünü doğrultmur.Buna görə də təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranıb.Amma birdən birə buna keçmək əks effekt verə bilər. Belə ki, bu il, 2017-ci ildə IX siniflər üzrə keçirilən buraxlış imtahanları göstərdi ki, biz hələ tam şəkildə buna hazır deyilik. 60 faizdən çox məhz 2 il sonra qəbul imtahanlarında iştirak edəcək şəxslərin aşağı qiymət alması birdən birə sistem dəyişikliyi olsa ortaya çıxacaq problemlərdən xəbər verir”.

 

“Yeni modelin üstün tərəfləri var”

Ekspert hesab edir ki, iki il sonra tətbiq olunan üsul yenə də test olacaq: “Amma bizim vərdiş etdiyimiz qapalı test tapşırıqları yox... Çünki testin bir üsulu yoxdur.Bununla bərabər digər əlavələr də olacaq.Esse yazılması, inşalar kimi əlavələr də olacaq. Qəbul imtahanlarında uğurlu məzun üçün tələb olunan bir sıra bilik və kompetensiyaları ölçmək qabiliyyətinə malik olan test olacaq. Bunu üstün tərəfləri var. Çünki bizim məzunların nitq, problemi situasiyadan çıxış kimi imkanları məhduddur.Ali məktəbə qəbul olan abituriyentlər yazı yaza bilmir, şihafi nitqi yoxdur.Onların yazılı və şifahi nitqinin inkişafı vacibdir.Əlbəttə ki, yox.Çünki yeni qəbul sistemi də köhnə qrum tərəfindən həyata keçiriləcək və istifadə olunan suallar, test tapşırığları qapalı şəraitdə hazırlanıb, yoxlanılıb istifadəyə veriləcək.Yoxlama zamanı da insan faktoru minimum həddə olacaq əslində ciddi şəkildə dəyişikliklər edilməsi gözlənilmir.Məzmun baxımından dəyişikliklər edilməsi nəzərdə tutulur.Bu da gözlənilən idi və müsbət təsir göstərəcək”.

 

Yeni sistemin tətbiqində rüşvət faktorunun rol oynayacaqmı? Kamran Əsədov:

 

“Əlbəttə ki, yox. Çünki yeni qəbul sistemi də köhnə qurum tərəfindən həyata keçiriləcək və istifadə olunan suallar, test tapşırıqları qapalı şəraitdə hazırlanıb, yoxlanılıb istifadəyə veriləcək.Yoxlama zamanı da insan faktoru minimum həddə olacaq.Əslində ciddi şəkildə dəyişikliklər edilməsi gözlənilmir.Məzmun baxımından dəyişikliklər edilməsi nəzərdə tutulur.Bu da gözlənilən idi və müsbət təsir göstərəcək”. Yeni sistemdə dərs yükünün azaldılacağı məsələsinə toxunan ekspert deyib ki, əksinə, bu X və XI siniflər üzrə təmayül siniflərinin yaranmasına gətirib çıxarır ki, bu da müəllimlərin dərs saatının kəskin şəkildə artırılmasına imkan verir.

Alçina Amilqızı

Cebhe.info

 

09:33