Terrorçu PKK-nın liderlərindən biri olan Bedran Cudi zərərsizləşdirildi

 

PKK-nın Quzey İraqdakı hərbi düşərgələrinə qarşı Türkiyənin hərbi ahava qüvvələrinin əməliyyatı zamanı ölən 5 terrorçu arasında “boz siyahı”da başına 300 min lirə mükafat qoyulan “Bedran Cudi” kod adlı, 64 yaşlı Sait Tanıt da var.

Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin 22 aprel günü İraqın quzeyindəki  Amediye bölgəsinin Seqire kəndinin yaxınlığındakı çöllükdə həyata keçirdiyi döyüş əməliyyatı zamanı ölən PKK terrorçularının kim olduqları təşkilata yaxın olan internet saytları tərəfindən açıqlanıb. 5 PKK üzvünün zərərsizləşdirdiyi əməliyyatda ölənlərin birinin “Bedran Cudi” kod adlı, Türkiyənin Şırnak bölgəsində passport qeyddiyyatında olan 64 yaşlı Sait Tanıt olduğu, eyni əməliyyat zamanı oğlu Mehmet Tanıtın da öldüyü bildirildi. Sait Tanıt 30 ildir ki, dağlara çəkilmişdi. Onun İmralıda ömürlük həbs cəzasını çəkən əliqanlı qatilvə PKK terror örgütünün lideri Abdullah Öcalandan Suriyada təlim aldığı dövrə məxsus fotoşəkilləri də internetə qoyulub. “Bedran Cudi”nin adı, Türkiyə Daxili İşlər nazirliyinin axtarışda olan terrorçuların “boz siyahısı”na salınmışdı.

Oğlu və qardaşı da öldürülüb
 

Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin 22 aprel günü İraqın şimalında apardığı hava əməliyyatı zamanı öldürülən 5 terrorçu arasında onunla birlikdə oğlu və qardaşının da olduğu bildirilir. Bəlli olduğu kimi, əsl adı Artin Akopyan olan Abdullah Öcalan əslən ermənidir. Ermənilərin bu gün dünyaya car çəkdiyi kimi, 1915-ci ildə Türkiyədə “yoxa çıxan” ermənilər “soyqırımı”na məruz qalmayıb, sadəcə “kürd” kimliyi altında gizlənmişlər və bu gün PKK olaraq, türk düşmənçiliklərini davam etdirirlər.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

22:07