Tereza Mey “Brexit”ə görə Avropa İttifaqına 60 milyard avro ödəmək istəmir

 

Böyük Britaniya ölkənin Avropa İttifaqının tərkibindən çıxmasından sonra çoxmilyardlıq təzminatı ödəməkdən imtina edə bilər. “Times” qəzetinin məlumatına əsasən, Britaniya parlamentinin hüquqşünasları belə bir qənaətə gəliblər.

Ancaq, o da bəllidir ki, hüquqşünasların iddiasına görə, ölkəni təzminat ödəməyə təhkim edən heç bir qanun və ya saziş mövcud deyil. Bir qədər əvvəl bildirilirdi ki, öncədən bağlanan sazişə əsasən, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması Mey hökumətinin Avropa İttifaqına 60 milyard avro təzminat ödəməsini ehtiva edir. Bu məbləğ ölkənin İttifaqın üzvü kimi üzərinə götürdüyü və hələ maliyyələşdirmədiyi öhdəliklərə əsaslanır.

Britaniya hökuməti və Aİ arasında 2017-ci ilin mart ayında keçirilməsi nəzərdə tutulan danışıqlarda təzminat məsələsinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.

Xudaferin.eu
“Avropa Bürosu”

11:04