Telekanallar azaldılır? - Nuşirəvan Məhərrəmlinin şok anonsuna reaksiya

 

Telekanalların sayının nə qədər olması qətiyyən teleradio şurasının işi deyil. Teleradio şurası qanunla ona verilən səlahiyyətdən yararlanmalıdır”

Bunu media eksperti Zeynal Məmmədli Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin telekanalların azaldılması təklifinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, MTRŞ reklam bazarındakı vəziyyətin teleyayımın məzmununa təsiri ilə bağlı təkliflərlə, planlarla çıxış edə bilər: “Ancaq qətiyyən televiziya kanallarının sayını azaltmaq lazımdır şəklində bəyanatlar verə bilməz. İlk olaraq reklam bazarının sərbəst olmasına çalışmalıyıq. Televiziyalar şəffaf fəaliyyətdə maraqlı deyil. Məsələn, AzTV nə qədər reklam gəliri var açıqlamır. Halbuki, büdcə televiziyası açıqlamalıdır. Bu haqda açıqlamalar olanda da gülməli rəqəmlər ortaya çıxır”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli unikal.org-a müsahibəsində telekanalların azaldılması fikrini səsləndirib.

Sitat: “Hesab edirəm ki, Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir. Hətta deyərdim ki, artıqdır. Onları azaltmaq lazımdır ki, reklam bazarında olan vəziyyət müəyyən qədər düzəlsin”.

Politika.Az

 

09:20