Tehranda Türklərin zəfər yürüşünə qərar verildi

 

İran mollakratitya rejiminin qatı antitürk siyasətinin qarşısını almaq üçün, Tehranda yerli şəhər şurasına seçkilərlə ilgili olaraq, burada yaşayan Azərbaycan Türklərinin qurduğu “Birlik Səsi Koalisiyası”nın adayları seçki kampaniyasısna start verib. Koalisiya adından ötən gün bəyanat qəbul edilib. “Birlik Səsi Koalisiyası” Tehranda yaşayan Türk əhalisinə müraciət edərək, şura seçkilərinə görə adaylıqları irəli sürülmüş 6 adaya dəstək verilməsini istəyib.

“Birlik Səsi Koalisiyası” bununla yanaşı, Tehranda yaşayan Türk əhalisinin hüquqları adına bir sıra tələblərini də gündəmə gətirib. Onu da qeyd edək ki, bəyanatda adları keçən adayların arasında həm mühafizəkar, həm də islahatçı qruplara mənsub Türk siyasətçilərin adı görünür.

Siyahıda adları keçənlərdən Şəhrbanu Əmani və Əliməhəmməd Qəribani keçmişdə Urmu və Ərdəbil şəhərlərinin millət vəkili, höccətül-İslam Əbdülmuqim Nasehi Tehran şəhər şurasının üzvü, Əhməd Həkimipur isə Zəngan millət vəkili və Tehran şəhər şurasının üzvü olub.

Müraciətdə yazılanlara görə, dəstəklənən namizədləri müəyyən etmək üçün Tehranda Türk Kültür və Dili uğrunda fəaliyyət yürüdən birliklər və dərnəklər ilə müzakirə edilib və seçilmə şansı olan namizədlərin dəstəklənməsinə qərar verilib.
Qeyd edək ki, Tehran şəhərinin 15 milyon əhalisi var və onların tən yarısı Azərbaycan Türkləridirlər. Son illərdə bu şəhərin ən əski çağlardan Türk şəhəri olması faktları da tarix elmi tərəfindən sübuta yetirilmişdir. Azərbaycan Türkləri son illərdə Tehranda bir sıra kültür dərnəkləri yaradaraq, milli kimlik şərtləri altında fəaliyyətlərini gücləndirməyə başlayıblar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”  

 

10:06