Tehran rejiminin “Urmu Gölü” yalanı

 

Mollakratiya rejimi iddia edir ki, guya Urmu Gölünün suyu %16 daha azalıb

Güney Azərbaycanın Urmu vilayətinin Sulduz, Tufarqan, Əcəbşir və başqa şəhərlərini sel daşqınları tərəfindən basdığı üçün Urmu Gölündə suyun miqdarı daha da azalıb.

Bu yöndə mollakratiya rejiminin Güney Azərbaycanda vəzifələndirdiyi “Təbii fəlakətlərə qarşı yönətim” mərkəzinin başqanı Xəlil Sai bildirib.Onun sözlərinə görə bütün dünya dənizlərinin əksinə olaraq, ötən illə müqayisədə Urmu gölündə suyun həcmi 16 faiz düşüb. Bu da 16 santimetr həcmində gölün su tutarıının aşağı aşağı düşməsi və daha da azalması deməkdir.

Qeyd edək ki, Urmu Gölü  bölgədə axan çayların sayəsində bəslənir və hal-hazırda gölə axan çayların hamısı mollakratiya rejiminin xüsusi cəza ordusu “Sepah” tərəfindən qarşısı kəsilib. Urmu Gölünə axan çayların məcrası beləcə illərdir mollakratiya rejimi tərəfindən dəyişdirilib. Bu gün Urmu Gölü tamamilə qurumaq təhlükəsi ilə üzləşib.  Urmu Gölünə axması gərəkən çaylar bu gün adicə bir yağıntı ilə daşır və Güney Azərbaycanın kənd və şəhərlərini beləcə sel basır.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

06:28