Tehran rejiminin erməni sevgisinə etiraz edən din xadiminə 7 ay həbs

Güne Azərbaycandan olan din xadimi Höccətül-İslam Əbdüləziz Əzimi-Qədim İran Özəl Ruhani Məhkəməsinin Təbriz şöbəsi tərəfindən yeddi ay həbs cəzasına məhkum edilib. Cənab Əzimi-Qədim özünə qarşı çıxarılan hökmün ötən il dekabr ayında İran və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq, Marağa şəhərində keçirilən aksiyalarla bağlı olduğunu bildirib.

Ötən il dekabr ayının 27-də Güney Azərbaycanın Marağa şəhərinin Müsəlla adlı meydanında keçirilən və on minlərlə Azərbaycan Türklərinin qatıldığı etiraz aksiyası zamanı “Yaşasın Azərbaycan” və “Qarabağ bizimdir, bizim olacaq” kimi şuarlar səsləndirilmişdi. Etirazlara qatılan Əzimi-Qədim və Marağalı milli fəal Davud Əzimzadə çıxışları zamanı “İranın Azərbaycan respublikasına qarşı Ermənistana dəstək verməsinə” etiraz etmişdilər.
Din xadimi etirazların keçirildiyi gün nəzarət altına alınıb üç aya yaxın Ettelaat həbsxanası və Təbriz zindanında saxlandıqdan sonra zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Xudaferin.eu

12:22