Tehran rejimindən Güney Azərbaycana daha bir ağır zərbə

Dünyanın ən böyük azərkeşi olan “Traxtur” takımına pul ayırmır və takım “Azərtel”in səhmdarı oldu

 

Güney Azərbaycanın başkəndi Tərbizin Şahgölü hotelində “Azərtel” sim-kartının təqdimat mərasimi keçirilib. Mərasimdə “Traxtur” takımının “Azərtel”in səhmdarlarından biri olduğu rəsmən elan olunub. Təqdimat törənində “Traxtur” takımının başqanlığı, o cümlədən Mustafa Acorlu, Tərbizin bələdiyyə başçısı, Təbriz Şəhər Şurasının sədri, “Azərtel”in başqanlığı, “Traxtur”un məşqçilər heyəti və oyunçuları, həmçinin Təbrizin idman jurnalistləri iştirak ediblər.

Törəndə “Azərtel” operatoru sim-kartının xatirə markası başqanlar tərəfindən imzalanıb və “Traxtur” takımının üzvlərinə, idman jurnalistlərinə bir “Azərtel” sim-kartı təqdim olunub.

İran mollakratiya rejiminin təzyiqləri altında yoluna davam edən Güney Azərbaycanın “Traxtur” takımı farslara məxsus Tehran və İsfahan futbol takımları dövlətin maliyyə dəstəyinə malik deyil. Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətindən öz payını alan takım ciddi maliyyə sıxıntısı ilə üz-üzədir. Takım ağır maliyyə vəziyyətindən çıxmaq üçün bir çox iqtisadi işlər görməyi planlaşdırır.
Qeyd edək ki, Tərbizin əhalisinin sayı 3 milyon nəfərdir. Bu şəhərin illik maliyyə büdcəsi farslara məxsus digər şəhərlərdən fərqli olaraq qat-qat azdır. Mollakratiya rejimi Tərbizlə müqayisədə farslara məxsus bölgələrə dövlət büdcəsindən daha çox para ayrılması kimi siyasətləri düz 38 ildir beləcə yönəltməkdədir. Tərbizin “Traxtur” futbol takımı dünyada “Barselona” takımından sonar ən çox azərkeş dəstəyinə malikdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:55