Tehran rejimi Azərbaycan Türklərini təhqir siyasətini davam etdirir

 

İran mollakratiya rejiminin idman sahəsində mətbuat orqanlarından olanQladiator sorx” (Qırmızı qladiator) qəzeti Azərbaycan Türklərini hədəfə alaraq birinci səhifəsində təhqiramiz cümlələr dərc edib.

“Qladiator sorx” internet qəzeti Güney Azərbaycanın “Traktor” və iranın “Perspolis” takımlarının görüşündən sonra türkləri təhqir edərək birinci səhifəsində “Pantürklərin canına od saldıq, türk kababı” cümləsini yazıb.

Qəzet həmçinin “Traktor” – “Perspolis” oyunundan öncə yaydığı bir məlumat da “Səudiyyənin Əl-əhlisindən öncə zibh edin, Əl-vəhşi Təbriz” ifadəsini birinci səhifəsində dərc edib.
Qəzet təhqiramiz cümlələri instaqram səhifəsində yayıldıqdan sonra ona qarşı etirazlar başlayıb. Demək olar ki, Güney Azərbaycanın hər yerində sosial şəbəkələrdə “Qladiator sorx” qəzetinin üzr istəməsini və onun lisenziyasının ləğv olunmasını tələb ediblər. Belə bir duruma göz yuman İran mollakratiya artıq neçənci dəfədir ki, Güney Azərbaycanın Türk kimliyinə qarşı suçlama və aşağılama kimi təbliğatlarını aparmaqda davam edir. Buna görə də Güney Azərbaycan Milli Hərəkatı haqlı olaraq öz milli davasını daha da gücləndirməyi qərara alıbdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

10:14