Tehran mollakratiya rejimindən Güney Azərbaycana yeni təhdid

 

Rejimin silahlı birliklərinin əsas gücü olan “Sepah” Güney Azərbaycanın istiqlal və qurtuluş hərəkatına qarşı antitürk projesesini rəsmi olaraq başlatdı

İran mollakratiya reiminin iki idoloji silahlı qolu olan “Sepah” və “Bəsic” qurumlarının  komandanları Güney Azərbaycanın Urmu şəhərinin Şəhər-Çayı Meydanında yerləşən “Sepah Mədəniyyət Mərkəzində” özəl bir toplantı keçiriblər. Həmin toplantıda “Güney Azərbaycan və özəliklə də Urmu vilayətində türk milliyətətçiliyinin yüksəlişi, bölücülük və Azərbaycan Milli Hərəkatının küçə və meydanlardakı etirazlarda daha da güclənməsi” mövzüsünda müzakirələr aparılıb. Bu toplantı ilə paralel olaraq, “İslam İnqilabının Keçikçiləri Koprusu- Sepah”ın Güney Azərbaycanın Urmu şəhərində Güney Azərbaycan Milli Hərəkatına qarşı, Türk kimliyinə, Azərbaycan və vətən anlayışına, Türkiyə və Quzey Azərbaycana, Milliyyətçi fəallara qarşı yeni təxribatlarla dolu bildirilər yayıblar.

Urmu vilayətinin şəhərlərində dağıdılan vərəqələr Azərbaycan Milli Hərəkatının fəalları və türk millətçilərinin fəaliyətlərini hədəf alaraq deyilir: “Pantürkçülər ana dili bəhanəsi ilə İran adlı bir ölkəni parçalamaq istəyilər. Buna görə də Türk dilini pantürkizmin əlindən almaq və qurtarmaq gərəkdir. Biz də türk sözünü qəbul edək ki, İran adlı vətən dağılmasın. Əgər onlar azəri sözünə görə narahat olularla, o zaman biz də türk deyək”  kimi oyunbaz sözlər “Azərbaycan Vətən” anlayışını “İran vətən anlayışıla” dəyişib  Güney Azərbaycan Milli Hərəkatını və türk dövlətlərini hədəf seçiblər.

Qeyd edək ki, son 88 ildə İran sözünün siyasi xarakter daşımasından sonra, farsların hakmiyətə gəlməsi, Azərbaycanın Güneyinin paniranizm və panfarsizm ideologiyasının  günümüzədək davam etməsi Azərbaycan Türklərinin iki önəmli kimlik faktoru olan “Vətən” və “Milliyyəti” farslar tərəfindən sistemli şəkildə hədəf alınaraq məhv edilməyə götürülmüşdür. Həm pəıhləvilər xanədanlığı, həm də xomeynizm işğalçı rejimləri Türk millətinin dilini və kimliyini yasaqlamış, Azərbaycan adlı vətən anlayışını məhv etmiş və virana qoymuşlar. Türk millətinə taxma”azəri” və ya “iranlı” tipli qondarma kimliklər irəli sürmüşlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

06:26