Təbrizli sənətçilərin ‘Səttarxan’ tamaşası Türkiyədə səhnəyə qoyulur

 

Güney Azərbaycanın başkəndi Tərbizin Ayna Teatr Qrupunun türk dilində hazırladığı “SəttarxanyaAtabəy Parkının Faciəsiadlı tamaşaları Türkiyənin Trabzon elində keçiriləcək Beynəlxalq Sənət Günləri Festivalında səhnəyə çıxacaq.

Türkiyənin Qara Dəniz bölgəsində yayımlanan qəzetlər də bu haqda məlumat yayıblar.

“Trabzon Sənət Evi”nin təşkil etdiyi festival oktyabrın 19-da fəaliyyətə başlayıb oktyabrın 22-ə qədər davam edəcək. Müəllifi Murtaza Haşimpur və rejissoru Sirus Mustafa olan “Atabəy Parkının Faciəsi” tamaşası Məşrutə Hərəkatının məşhur qəhrəmanı Səttarxanın Tehranın Atabay Bağında vurulması hekayəsini incələyir. Səttarxan tamaşası “Ayna Teatr Qrupunun 5 illik çalışmasının nəticəsidir. "Bu faciənin mətni iki ilik araşdırmadan sonra və 9 dəfə yenidən yazılaraq türk dilində hazırlanıb," məlumatda deyilir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:18