Təbrizli rejissorun türk dilində filmi İranlı tənqidçilərin diqqət mərkəzində

Təbrizli rejissor Əsgər Yusufinejadın Güney Azərbaycanda çəkdiyi “Ev” adlı türkcə kino-filmi İranın nüfuzlu beynəlxalq “35-ci Fəcr festivalı”nda yarışan filmlər arasındadır. Festivalda fars altyazı ilə göstərilən “Ev” İranın kino tənqidçilərinin geniş rəğbət və alqışını qazanıb. Tanınmış tənqidçi Məcid İslami “tamamən türk dilində olan Ev filmi”nin onun üçün sürpriz olduğunu ifadə edib. Ev filminin hekayəsi belədir ki, yeni vəfat etmiş yaşlı bir kişinin vəsiyyətinə görə orqanlarının bağışlanması lazimdir. Amma evin qızı buna qarşı çıxır...

Filmdə rol alan oyunçular ümumiyyətlə İranın tanınmış oyunçularından olmasalar da, tənqidçilərin diqqətini cəlb edə biliblər. "Ev" filminin türk oyunçuları fövqəl'adə bir oyun sərgiləyiblər. Onlar kino kamerası önünə ilk çıxışlarında paytaxt xaricində gözlərdən uzaq qalan istedadları gözlər önünə gətiriblər. “Ev filminin türk oyunçuları fövqəladə bir oyun sərgiləyiblər. Onlar kamera önünə ilk çıxışlarında paytaxt xaricində gözlərdən uzaq qalan istedadları gözlər önünə gətiriblər,” deyə digər tanınmış kino tənqidçisi Nima Həsəni Nəsəb bəyan edib. Bəzi tənqidçilər filmin türk dilində olub və farsca altyazı ilə göstərilməsinə etiraz bildiriblər. Leyli Fərhadpur Şərq qəzetində dərc etdiyi yazıda həmin tənqidçilərə cavab verib: “Bir mövzuya toxunmaq istəyirəm, filmin orijinal dili, yəni türk dilində göstərilməsi. Sənətçi öz ana dilində film çəkə bilməlidir... bəzi tənqidçilərin buna etiraz etdiyini eşitdim. Təsəvvür edin ki, Əsgər Fərhadinin filmlərinə fars dilində və ingilizcə altyazı ilə göstərildiyi üçün Oskar və Kann festivallarında mükafat vərməsəydilər...”
Mühəddisə Heyrət, Ramin Riyazi, Qulamrza Bağıri, Siddiqə Dəryani, Nərcis Dilaram və Pərinaz Paşazadə kimi oyuncular Yusufinejadın filmində rol alıblar.

11:41