Təbrizli millət vəklili Zəhra Saidən yeni açıqlama

Güney Azərbaycanın Təbriz, Azərşəhr və Üskü şəhərlərinin İran parlamentindəki millət vəkili kültür və sənət nazirini Azərbaycan musiqisinin mövqeyini daha da gücləndirməyə çağırıb.
“Uzun illərdir ölkədə Azərbaycan musiqisi qövmlər musiqisi arasında önəmli mövqe tutur, aşıq musiqisi isə hər zaman dünya, xüsusi ilə də Orta Asiya musiqişünaslarının diqqət mərkəzində olub. Lakin yerli toplumların musiqisinə diqqət yetirilmədiyindən artıq bu musiqi başqa ölkələr tərəfindən müsadirə edilib”- deyə Zəhra Sai jurnalistlərlə danışığında bildirib.
O, Güney Azərbaycan Türklərinin musiqiçilərinin ölkədən xaricə üz tutmasını da təəssüf hissi ilə dilə gətirib. “Özəlliklə Təbriz və Güney Azərbaycan aşıq musiqisi kimi incəsənət sahələrində musiqiçilər yetişdirmək yerinə, bu bölgənin sənətkarları sənətlərini inkişaf etdirmək üçün məcbur olub başqa ölkələrə üz tuturlar. Bu, ölkə mədəniyyətinə zərbədir və təəssüfverici haldır”- deyə xanım millət vəkili qeyd edib.

Xudaferin.eu

13:11