Təbrizdə polislə yurdsevərlərin küçə döyüşləri

 
Farslara məxsus “Perspolis” və “Maşınsazi” takımlarının oyunundan sonra şəhərdə sonra güvənlik birlikləri dinc əhalini gülləbaran etmək üçün hərəkətə keçdi

Güney Azərbaycanın başkəndi Təbrizdə yerli “Maşinsazi” və farsların “Perspolis” futbol takımlarının növbəti futbol görüşünün sonu həyəcanlı anlarla dolu olmuşdur. Belə ki, futbol oyunu bitən kimi dərhal İran mollakratiya rejiminin güvənlik gücləri hərəkətə keçərək əllərindəki silahlarla millətə saldırıblar.

“Xudaferin.eu”-ya daxil olan bilgilərə görə polisin millətə saldırıb və onları tutuqlamasını görənlər dərhal soydaşlarımıza gərəkən yardımlarını etmək üçün hərəkətə keçiblər. Olayın baş verdiyi bölgədə yaşayan insanlar evlərinin qapısını açıb və polisin saldırısına məruz qalan soyadşlarımızı qorumağa çalışıblar.

Qeyd edək ki, “Perspolis” və “Maşınsazi” takımlarının oyununun bitməsinin ardından millətimiz, Tehran mollakratiya rejiminin Urmu vilayətinin Sulduz, Tufarqan və Əcəbşir şəhərlərində baş vermiş sel fəlakətinə görə heç bir ilgi göstərməməsi, Qızıl Aypara
Cəmiyyətinin tələb olunan ilk yardımlara qoşulmaması, Tehranda dərc olunan yerli qəzetlərdə bu faciəsinin aşağılanması, yerli fəalların sel daşqınlarına görə yardımlar etməsinin qarşısının alınması əleyhində şüarlar səsləndirmişlər.  Özəlliklə Təbrizin Taliqani bölgəsində mollakratiya rejiminin güvənlik gücləri və millət arasında şiddətli çatışmaılar baş verib.

Əhalinin bu qədər qəzəbli olmasının digər səbəbi isə, futbol oyunu bitdikdən sonra, “Perpolis” takımının Güney Azərbaycanda sel fəlakəti nəticəsində yaşamını itirən onlarca soydaşımıza sayqısızlıq edərək meydanın ortasında şənlik etmələri olub.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:23