Təbrizdə Kərkük Türkmanlarına dəstək aksiyası

 

Güney Azərbaycanın başkəndi Təbrizdə ölkə futbol çempionatının superligində oynanılan “Göy Poladçılar” (Təbriz) və “İstiqlal” (Tehran) takımlarının oyununda milli sloqanlar atan bir neçə təbrizli yandaş fars rejminin polisləri tərəfindən tutuqlanıblar.

“Göy Poladçılar” takımının yandaşları qismində Güney Azərbaycan Milli Hərəkatının Gənclik Qolu “Quzey İraq Türkman torpağıdır. Qondarma “Kürdüstan”a bölgədə yer yoxdur. Gərəkirsə, Quzey İraq Türkman Eli üçün savaşamağa hazırıq” tipli sloqanlar və pankartlar İran mollakratiya rejiminin xüsusi cəza dəstələrinin qəzəbinə səbəb olub. Elə buna görə də, “Göy Poladçılar” takımının yandaşlarına qarşı dərhal hərəkət keçiblər. Bu zaman yandaşlarla polis qüvvələri arasında əlbəyaxa savaş olayları da yaşanılıb. Hətta polislərdən bir xeyli yaralananlar da vardır.
Qeyd edək ki, çoxsaylı tutuqlu milli fəallardan Əkbər Mühacir və Sədullah Sasani adllarını dəqiqləşdirə bilmişik. “Göy Poladçılar” takımının Tərbizli yandaşları oyun zamanı və oyundan sonra Kərkükdə baş verən “kürt bayrağı” olaylarında Türkman soydaşlarımıza dəstək olaraq: “Bu torpaqdan pay olmaz, Kərkük Kürdüstan olmaz” sloqanları atıblar. Və elə buna görə də fars rejminin polisləri tərəfindən hücuma məruz qalaraq tutuqlanıblar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

06:24