Təbriz ayağa qalxdı

Ərk Qalası uğrunda xalqın kütləvi etirazları başladı

Güney Azərbaycanın başkəndi Tərbizdəki tarixi Ərk Qalası çevrəsində İran mollakratiya rejimi tərəfindən süni şəkildə ortaya atılmış qazıntı işlərinin aparılmasının qarşısını almaq üçün etiraz aksiyasına çağırış edilib.

Beləliklə də Güney Azərbaycan Milli Hərəkatı dünən yerli vaxtla saat 18:00-da Ərk Qalası çevrəsində onminlərlə insanlardan ibarət əl-ələ verərək etiraz dinc şəkildə zəncir təşkil ediblər. İran mollakratiya rejiminin “Müsəlla Fondu” üçün parkinq tikmək bəhanəsi ilə tarixi qalanı məhv etməsinə etirazlar olunubdur.

Qeyd edək ki, uzun müddətdir Güney Azərbaycan Milli Hərəkatının fəalları Ərk Qalasının tamamilə sökülüb dağıdılması istiqamətində aparılan dərin siyasətlərə qarşı çıxırdı. Bu yöndə irəli sürülən etirazlar artıq əhali tərəfindən kütləvi şəkildə dəstəklənməkdədir.
Ərk Qalası ortaçağ qüdrətli türk imperiyası olan Elxanlılar dönəmində Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə 1338-1345-ci illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk Qalası dövlət qəsri kimi istifadə edilib. Sonralar isə Səttarxan, Bağırxan və digər Tərbiz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk sözü türk dilində fars-ərəb anlamı olaraq istiqlal deməkdir. İndiki İran yaylasında türkün dövlətçilik anlamında istiqlal simvolu xarakterini daşıyır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

14:13