Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində ciddi xəsarət alan olmayıb

Martın 30-da səhər saatlarında “Araz Trans” MMC-yə məxsus Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşıyan iritutumlu avtobusun qəzaya uğraması nəticəsində ciddi xəsarət alan olmayıb.

Bu barədə AZƏRTAC-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, qəza nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

“Araz Trans” MMC-nin rəhbəri Bəsti Məmmədova isə avtobusun sürücüsü ilə müqaviləyə bazar ertəsi xitam veriləcəyini söyləyib. O, sürücünün Gürcüstan vətəndaşı olduğunu deyib.

AZƏRTAC

16:32